Vaxt.Az

İran hasilatı donduracaq


 

Əgər anlaşma daha 6 ay uzadılarsa

İran hasilatı donduracaq OPEC təşkilatında 3-cü ən böyük neft hasilatçısı olan İran gündəlik neft hasilatını hazırda hasil etdiyi 3,8 milyon barel səviyyəsində donduracağını bildirib.

TASS agentliyi xəbər verir ki, bu barədə açıqlama İranın neft naziri Bican Namdar Zanqane tərəfindən İRNA agentliyinə verilib. 

Nazir deyib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatın azaldılması ilə bağlı iyun ayında müddəti bitən 30 noyabr Vyana anlaşmasının vaxtını daha 6 ay uzadarsa, İran hasilatı dondurmağa hazırdır.

Xatırladaq ki, OPEC-in rəsmi hesabatına görə, İran fevral ayında gündəlik 3,8 milyon barel neft hasil edib. Nazir isə öz növbəsində bir qədər əvvəl mart ayında ölkəsinin neft hasilatını 4 milyon barel/günə çatdıracağını deyib.

 





15.03.2017    çap et  çap et