Vaxt.Az

Nurəddin Heydərliyə böyük etimad


 

«Azərbaycan müəllimi» qəzetinin baş redaktoru dəyişib

Nurəddin Heydərliyə böyük etimad Bakı Mühəndislik Universitetində yeni kadr təyinatı olub. Bakı Mühəndislik Universitetindən APA-ya verilən xəbərə görə, «Azərbaycan müəllimi» qəzetinin baş redaktoru Bayram Hüseynzadə Bakı Mühəndislik Universitetinə prorektor təyin edilib. B.Hüseynzadənin prorektor təyinatı ilə bağlı əmr martın 15-də imzalanıb. O, humanitar məsələlərə nəzarət edəcək.

Keçmiş Qafqaz Universitetinin prorektoru Həmidağa Orucov yenidən tədris işləri üzrə prorektor vəzifəsini icra edəcək.

Ali məktəbin digər prorektoru Havar Məmmədov isə müvəqqəti olaraq rektor səlahiyyətlərini icra edir.

Təhsil Nazirliyi yanında Təhsilə İctimai Dəstək layihəsinin rəhbəri, jurnalist Nurəddin Heydərov isə «Azərbaycan müəllimi» qəzetinə baş redaktor təyin olunub.

Xatırladaq ki, N.Heydərov bu təyinatdan əvvəl, «Kaspi» qəzetinin baş redaktoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat katibi vəzifələrində çalışıb.

 





16.03.2017    çap et  çap et