Vaxt.Az

Aleksandr Lukaşenkodan səs-küylü ittiham


 

«Ermənistandan Avropaya radioaktiv maddə aparılıb»

Aleksandr Lukaşenkodan səs-küylü ittiham Ermənistandan Belarusda tranzitlə Avropa ölkələrindən birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddələr aşkarlanıb. Bunu bu gün, martın 20-də ölkə prezidenti Aleksandr Lukaşenko «Qərb-2017» Belarus-Rusiya təlimlərinin təşkili məsələləri üzrə müşavirənin gedişində deyib.

Virtualaz.org «Belta» agentliyinə istinadən xəbər verir ki, Lukaşenko çıxışında bildirib: «Hadisələrdən biri Ermənistandan Belarusda tranzitlə Avropa ölkələrindən birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddələrin aşkarlanması ilə bağlıdır».

«Bu gün dövlət sərhədində baş vermiş bütün bu halların təhqiqatının yekunu üzrə mənə məruzə etməyinizi xahiş edirəm. Bunlar hamısı onu göstərir ki, biz rahat olmamalıyıq. Hər zaman hazır olmalıyıq ki, ölkəmizdəki sabitliyin pozulması cəhdlərinə imkan verməyək», - prezident deyib.

Qeyd edək edək ki, martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb. Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

TASS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.

 





20.03.2017    çap et  çap et