Vaxt.Az

Təbrizin problemləri çoxdur


 

Şəhər Şurasının üzvü xəbərdarlıq edir

Təbrizin problemləri çoxdur Təbriz Şəhər Şurasının üzvü Əli Fəxr Azər təmsil etdiyi şəhərin inkişafdan daha da geri qalacağı barədə xəbərdarlıq edib.

O, bu barədə Təbriz Seçki Mərkəzində növbəti Şura seçkilərinə öz namizədliyini irəli sürdüyü zaman jurnalistlərə danışıb.

«Təbriz şəhərində çoxlu çatışmayan işlər var. Bunu şablon bir söz kimi qəbul etməyin, bu şəhərin həqiqətən də problemləri çoxdur. Fikrimcə Bələdiyyə İdarəsi və digər yerli orqanlar düzgün idarəetmə üsuluna keçməlidirlər, əks halda şəhərimiz inkişafdan daha da geri qalacaq»- deyə o vurğulayıb.

Əli Fəxr Azər Şuradakı fəaliyyət dövrünə işarə edərək qeyd edib ki, «mən 4-cü Şuranın fəaliyyəti dövründə  yalnız 6 ay iştirak etmişəm. Əgər Şura üzvlərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılma problemi olmasaydı, Şuranın fəaliyyətini nisbətən yaxşı qiymətləndirmək olardı».

Təbriz Şəhər Şurasının üzvü növbəti şura seçkilərinə namizəd olanlara da səslənib. «Ümid edirəm ki, Şəhər Şurası seçkilərinə namizəd olanların əsas məqsədi əhaliyə xidmət etmək və şəhəri abadlaşdırmaqdan ibarətdir. Seçkilər prosesinin də özünə aid əxlaqı var, onu da riayət etmək lazımdır. Əgər seçkilər qanuna uyğun və müsbət bir atmosferdə keçirilərsə, gələcək Şuranın uğurlu fəaliyyətinə şahid olacayıq», - deyə o əlavə edib.

 





23.03.2017    çap et  çap et