Vaxt.Az

«İskəndər»dən istifadə edəcəyəm»


 

Sərkisyan Qarabağdan buynuz göstəri

«İskəndər»dən istifadə edəcəyəm» «Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, «İskəndər» komplekslərinin tətbiqi barədə əmr verəcək». Virtualaz.org «Ermənistan xəbərləri»nə istinadən bildirir ki, bunu bu gün işğal olunmuş Dağlıq Qarabağda hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edərkən Ermənistan prezidenti Serj Sərkisyan deyib.

«Bu gün bizim oğlanlar düşmənin ərazisinin dərinliklərində onun hərəkətini izləyə bilirlər. Bu gün qonşumuzun ərazisinin bütün istiqamətləri üzrə ən vacib infrastrukturlara qədər müasir güclü zərbə qüvvəsi istiqamətlənib.

Zərurət yaranarsa, Ermənistan Silahlı Qüvvələrinin baş komandanı, gözünü belə qırpmadan, «İskəndər» komplekslərinin tətbiqi barədə əmr verəcək», - Sərkisyan deyib.

 





25.03.2017    çap et  çap et