Vaxt.Az

Ermənilərin 17 maşın kartofu geri qaytarılır


 

467 ton tərəvəzdə yoluxucu mikro orqanizmdən ibarət xəstəlik

Ermənilərin 17 maşın kartofu geri qaytarılır Ermənistandan gətirilən 467 ton kartof geri qaytarılacaq. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin gəlirlər xidmətinin məlumatında bildirilib.
Sadaxlı gömrük məntəqəsində Ermənistandan gətirilən kartofa baxış zamanı məlum olub ki, gətirilən kartofda yoluxucu mikro orqanizmdən ibarət xəstəlik aşkar edilib. Kartof nümunələri laboratoriyaya göndərilib. Yoxlama zamanı məlum fakt təsdiqlənib. Nəticədə 467 ton kartof məhsulunda çürümə xəstəliyi aşkarlanıb.
Gürcüstan hökumətinin 429 nömrəli qərarına əsasən, xəstəlik yoluxan kartof məhsulu onu ixrac edən ölkəyə qaytarılmalıdır.
 





19.11.2013    çap et  çap et