Vaxt.Az

Sürücülərə şad xəbər


 

Bakının bu küçəsi bu gecədən açılır

Sürücülərə şad xəbər Paytaxtın əsas işlək yollarından olan və bir neçə müddətdir ki, təmirə görə bağlanan Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq.

Xezerxeber.az bildirir ki, bu yolun bağlanması nəqliyyatın hərəkətində müəyyən problemlərə səbəb olmuş və tıxaclar yaranmışdı. Yolda aparılan genişləndirmə işləri ilə burada artıq nəqliyyat vasitələri daha rahat hərəkət edəcək.

Yolun Neftçilər prospektindən Heydər Əliyev Mərkəzi istiqamətinə gedən hissəsi genişləndirildikdən sonra digər hissəsi də təmirə bağlanmışdı. Artıq həmin hissədə də işlər yekunlaşmaq üzrədir.

Bununla bərabər yolun genişləndirilmiş hissəsidə də təmir işləri aparılıb. Həmin ərazidə yeni asfalt örtüyü çəkilib.

Yolun təmiri başa çatdıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlıqında yeni yerüstü piyada keçidinin salınması da nəzərdə tutulur.

 





09.04.2017    çap et  çap et