Vaxt.Az

Bakıda bina çökdü


 

Ölən və yaralananlar var

Bakıda bina çökdü Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub. APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayılov oğludur.


***


Bu gün Bakının Səbayel rayonunda baş vermiş uçqun hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, Salyan yolu 32 ünvanında «Green City» istirahət mərkəzi ilə üzbəüz (yolun şəhərə gələn istiqaməti) tikilən yeni binanın ikinci mərtəbəsi uçub. Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib. 


***


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində ölən şəxslərin hər ikisi kişidir. Onlar istirahət mərkəzində fəhlə işləyirmirş. Hazırda FHN əməkdaşları hadisə yerindədir. Əlavə itkinin olub-olmaması araşdırılır. 


***


Bakıda istirahət mərkəzinin uçması nəticəsində iki nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, uçqun zamanı hadisə yerində 6 nəfər olub.

Bir nəfər hadisə yerində ölüb, digər şəxs isə xəstəxanada dünyasını dəyişib.

Yaralılardan birinə yerindəcə yardım göstərilib. Qalan 3 nəfər yaralı isə 1 saylı Kliniki Tibbi Mərkəzə («Semaşko») yerləşdirilib. 


***


Yaralılardan ikisinin adı məlum olub. Onlar Orucov Ayaz Bayram oğlu, Mehdiyev Əmir Teymur oğludur. Hər iki şəxs bədənin aşağı ətraflarının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 


***


Bakı şəhərində bina uçub.

Paytaxtın Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, «Green City» istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

 





12.04.2017    çap et  çap et