Vaxt.Az

Azərbaycan 1 milyard dollarlıq təyyarələr alır


 

ABŞ şirkəti ilə müqavilə imzalandı

Azərbaycan 1 milyard dollarlıq təyyarələr alır Azərbaycan ABŞ-dan 1 milyard dollarlıq sərnişin təyyarələri alır. Virtualaz.org xəbər verir ki, bununla bağlı «Silk Way Airlines» və «Boeing» korporasiyası 10 Boeing-737 MAX təyyarəsinin alınmasına dair müqavilə imzalayıb.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Məlumata görə, ABŞ-ın İxrac-idxal bankı (Ex-Imbank) ilə ilkin müzakirələr əsasında Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycana müasir Boeing-737 MAX hava gəmilərinin gətirilməsinə dair razılaşma ötən ilin yayında Böyük Britaniyada «Farnborough Airshow - 2016» Beynəlxalq aerokosmik salonu çərçivəsində əldə edilib. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonuna kimi, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Azərbaycanın «Boeing» istehsalı olan 10 yeni və müasir təyyarə alacağı bildirilir. Bu təyyarələr 189 sərnişin üçün nəzərdə tutulub.

Hazırda, təyyarələr Sietldə (Vaşinqton ştatı, ABŞ) test sınaqlarından keçirilir.

 





14.04.2017    çap et  çap et