Vaxt.Az

Güneydə önəmli addım


 

Soydaşımız Azərbaycanın milli geyimi ilə prezidentliyə namizədliyini qeydiyyatdan keçirib

Güneydə önəmli addım İranda bir soydaşımız Azərbaycanın milli geyimi ilə ölkə prezidentliyinə namizədliyini qeydiyyatdan keçirib. Milli geyimi ilə hər kəsin diqqətinin çəkən Məhəmməd Sefidgəran Şəbistər şəhərinin sakinidir.

«Prezidentliyə namizədliyimi irəli sürməkdən əsas məqsədim Urmiya gölünü canlandırmaq və konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq türk dilində tədrisi təmin etməkdir», - deyə M.Sefidgəran bildirib.

Ötən günlərdə salmaslı bir soydaşımız da Şəhər İcra Hakimiyyətinə (fərmandari) Azərbaycanın milli geyimi ilə gedərək Şura seçkilərinə öz namizədliyini irəli sürmüşdür.

Fevral ayında isə urmiyəli deputat Hadi Bahaduri milli geyimlə parlamentin tribunası arxasına keçərək ana dilin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmu gölü böhranı ilə bağlı önəmli çıxış etmişdir.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da keçiriləcək.

 





16.04.2017    çap et  çap et