Vaxt.Az

«Etimad sarsılıb»


 

Səməd Seyidov: «AŞ PA artıq heç kimi müdafiə edə bilmir»

«Etimad sarsılıb» Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov virtualaz.org-a təşkilatın sədri Pedro Aqramuntun Suriyaya özbaşına səfəri ilə bağlı yaranmış vəziyyəti şərh edib.

Onun sözlərinə görə, Aqramntun bu addımı AŞPA üçün çox gözlənilməz nəticələrə səbəb ola bilər. Yarandığı 1949-cu ildən bəri təşkilatda analoji heç bir hal baş verməyib.

Xatırladaq ki, Aqramunt Rusiya Dövlət Duması üzvləri və bir sıra digər AŞPA deputatları ilə birlikdə mart ayının sonarında Suriyaya səfər edib. Səfər çərçivəsində onların Suriya prezidenti Bəşər Əsədlə görüşü baş tutub. Bundan əlavə, nümayəndə heyəti Rusiya Hərbi-Kosmik Qüvvələrinin Hmeymimdəki bazasında olub və burada Qarşıduran tərəflərin barışdırılması üzrə Mərkəzin fəaliyyəti ilə tanış olub.

Avropalı deputatlar hesab edirlər ki, Aqramunt öz planları ilə bağlı AŞPA-nın müvafiq strukturlarını xəbərdar etməməklə səhvə yol verib və bu, təşkilatın prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Bununla birgə, Səməd Seyidov AŞPA sədrinin hərəkətlərində çox əhəmiyyətli bir qəbahətin olmadığını da bildirib:

«AŞPA-da impiçment proseduru yoxdur, həmçinin Aqramunt hərəkətlərinə görə üç dəfə üzr istəyib. Lakin bütün bunlara baxmayaraq, deputatlar onun istefasında israrlıdırlar. Qərara alınıb ki, bu məsələyə növbəti iclasda baxılsın və mən məsələnin nə ilə bitəcəyinə dair proqnoz verməkdə çətinlik çəkirəm. Hələlik yalnız bir şey aydındır: AŞ PA artıq heç kimi tam həcmdə müdafiə edə bilmir, ona olan etimad isə xeyli sarsılıb», - S.Seyidov deyib.

 





24.04.2017    çap et  çap et