Vaxt.Az

ABŞ F-35-ləri Estoniyada


 

Təyyarələr təlimə gəlib

ABŞ F-35-ləri Estoniyada Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-35A döyüş təyyarələri Estoniyaya göndərilib.

Bu barədə xarici mətbuat məlumat yayıb. İki F-35A döyüş təyyarələri dünən səhər saatlarında Estoniyanın paytaxtı Tallinin yaxınlığında yerləşən Emari hərbi aviabazasına eniş ediblər.

Təyyarələrin Estoniyada neçə müddət qalacağı açıqlanmayıb. F-35A-lar Avropada keçiriləcək təlimlərdə iştirak edəcəklər.

 





27.04.2017    çap et  çap et