Vaxt.Az

Kürəkən qayınatası və qayınanasını güllələdi


 

Hadisə Novxanı bağlarında qeydə alınıb

Kürəkən qayınatası və qayınanasını güllələdi Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.
Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.
Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 
 





02.01.2014    çap et  çap et