Vaxt.Az

Nə az, nə çox - 36 pillə


 

Azərbaycan Ermənistanı yenə qabaqladı, ən güclü orduların siyahısı açıqlandı

Nə az, nə çox - 36 pillə Azərbaycan Silahlı Qüvvələri «dünyanın ən güclü ordusu» reytinqində 59-cu yeri tutub. Virtualaz.org Global Firepower təşkilatının elektron səhifəsinə istinadən bildirir ki, qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.

Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.

«Global Firepower Index» reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan 60-cı yeri tutmuş və 94-cü yerdə qərarlaşmış Ermənistanı 34 pillə qabaqlamışdı.

 





30.04.2017    çap et  çap et