Vaxt.Az

Bakıda lift qırıldı


 

Bəy və daha iki nəfər faciəli şəkildə həlak oldu, 11 yaralı var

Bakıda lift qırıldı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 19:24-də başa çatıb.

Musavat.com xatırladır ki, daha əvvəl yayılan məlumatda «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində liftin qırıldığı, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin dünyasını dəyişdiyi bildirilirdi.

Məlumatda iddia olunurdu ki, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

FHN-in xəbərindən isə hadisə nəticəsində 11 şəxsin zərər çəkdiyi, ölüm faktının qeydə alınmadığı aydın olur.


***


21:38

Paytaxtda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib. Azvision.az-a daxil olan məlumata görə, metronun «20 Yanvar» stansiyası yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binalarından birində lift qırılıb.

Hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Məlumata əsasən, bəylə yanaşı litfdə olan iki nəfər də ölüb.

Hələlik ölən şəxslərin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

 





30.04.2017    çap et  çap et