Vaxt.Az

«ATV səhər» açılmayacaq


 

Proqram mövsümün bitməsinə bir ay qalmış bağlandı

«ATV səhər» açılmayacaq ATV kanalında yayımlanan «ATV səhər» informasiya proqramı fəaliyyətini dayandırır. VAXT.AZ xəbər verir ki, bu barədə mediaya «ATV səhər» verilişinin müəllifi və aparıcısı Turan İbrahimov məlumat verib.

Turan İbrahimov qeyd edib ki, mövsümün bitməsinə bir ay qalmış rəhbərlik belə bir qərar verib.

Teleaparıcı ATV kanalında gələcək fəaliyyəti ilə bağlı suala da aydınlıq gətirib: «Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız «ATV səhər» verilişi yayımını dayandırır. Proqramın yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcəklər».

 





02.05.2017    çap et  çap et