Vaxt.Az

Təbriz Traktorqayırma Şirkəti bağlandı!


 

Güney Azərbaycanda işsizlik kütləvi sürətdə artır

Təbriz Traktorqayırma Şirkəti bağlandı! Təbriz Traktorqayırma Şirkətinin iflasa uğradığı bildirilir.

Bu barədə Millət Yatırım Şirkətinin icraçı direktoru Söhrab Rəstə bəyanat yayaraq Təbriz Trakturqayırma Şirkətinin (İran Traktorqayırma Şirkəti) iflasa uğradığını elan edib. «Şirkət, Təbriz Məhkəməsinin 7 və 11-ci Şöbələrinin çıxardığı hökmə əsasən müflis elan edilib», - deyə şirkətin son vəziyyəti barədə açıqlanan bəyanatda qeyd olunub.

Bəyanata əsasən sözügedən şirkət 13 gün öncə iflasa uğradığını elan edib.

Söhrab Rəstənin sözlərinə görə, artıq şirkət Təbriz Hesablaşma və İflas İşləri üzrə Qurumun nəzarəti altındadır.

Hələlik Təbriz Traktorqayırma Şirkətinin rəsmi məsulları yayılan xəbərə heç bir reaksiya verməyiblər.

Qeyd edək ki, sözügedən şirkətin əsas səhmdarı İslam İnqilabı Keşikçilər Korpusu («Sepah») və İran İqtisadiyyatı Mehr Yatırım Şirkətidir.

 





02.05.2017    çap et  çap et