Vaxt.Az

3-cü gün 3 ölümlə başladı


 

«KamAZ»-la «Opel» toqquşdu

3-cü gün 3 ölümlə başladı Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda «KamAZ» markalı yük avtomobili və «Opel» markalı minik avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) saytının yaydığı məlumata görə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov və sərnişinlər 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürovla 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində dünyalarını dəyişiblər.
Deformasiyaya uğramış avtomobildə yanğın başlayıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürənləri alovun qarşısını alıb. Xilasedicilər cəsədləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat gecə saat 03:02-də başa çatıb.
 





03.01.2014    çap et  çap et