Vaxt.Az

«Mən bununla məşğul olmalı deyiləm»


 

Ermənistanın baş naziri Azərbaycan almalarından danışdı

«Mən bununla məşğul olmalı deyiləm» Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil. Virtualaz.org xəbər verir ki, bu məlumatı «Ermənistan xəbərləri» portalı yayıb.

9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: «Məsələdən xəbərim var, cinayət işi açılılb». Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: «Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?»

Xatırladaq ki, Ermənistanda qeyri-qanuni olaraq Azərbaycan almalarının idxalı və satışı müəyyən edilib. Hüquq-mühafizə orqanları malın gətirilməsi yollarını araşdırırlar.

 





09.05.2017    çap et  çap et