Vaxt.Az

Sərkisyan rejimində parçalanma


 

Karen Karapetyan: «Respublikanın rəhbəri olmağa hazıram»

Sərkisyan rejimində parçalanma Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildən sonra da postunda qalmaq fikrindədir.

Azvision.az xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya «İctimai» radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb.

«2018-ci ildə baş nazir kimi qalmağa və respublika rəhbəri olmağa hazırsınızmı» sualına Karapetyan düşünmədən «Bəli, hazıram» deyə cavab verib.

Xatırladaq ki, Sərkisyanın əsas məqsədi dövlət daxilində aparılan dəyişikliklərdən sonra baş nazir postunu tutmaqla bütün hökümət sistemini ələ keçirməkdir.

Karapetyanın bu çıxışından sonra, onunla Sarkisyan arasında çəkişmələrin olacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, Sərkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq.

 





10.05.2017    çap et  çap et