«Report» xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.
Onun sözlərinə görə, insan piyada gəzəndə fikirlərini də cəmləyib gələcək planlar haqqında düşünə bilir: «Bu mənə ikili xeyir verir. Bir dinamik hərəkət, bir də proqramlarımın təhlili. On dörd yaşından idmanla məşğul oluram. Belə ki, hər səhər 45 dəqiqəlik idman edirəm. Hesablasaq 70 ildir idman edirəm. Bu, gərək «Ginnesin rekordlar kitabı»na yazılsın. Neçə illik idmanla məşğul olmağın nəticəsidir ki, bütün gün ərzində aktiv fəaliyyətdə ola bilirəm».
O, ailəsində yolunu davam etdirənin olmadığını da söyləyib: «Ailəmdə geoloq olan yoxdur. Onlar müasir zamanın tələblərinə uyğun olaraq iqtisadi sahələrə maraq göstəriblər. Bəziləri bank sahəsindədir. Bu barədə onlara xüsusi qadağa qoymamışam. Gənclərə tövsiyə edərdim ki, bir istiqamətdən o birinə tez-tez keçməsinlər».