Vaxt.Az

«Azərbaycan var olsun – İstəməyən kor olsun»


 

Təbrizdə Həsən Ruhaninin çıxışı zamanı milli şüarlar səsləndirilib

«Azərbaycan var olsun – İstəməyən kor olsun» İran prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Təbriz şəhərinə səfər edib, o azərbaycanlıların milli şüarları ilə qarşılaşıb.

Məlumata görə, soydaşlarımız Ruhaninin Purşərifi salonunda çıxışı zamanı ona 4 il öncə verdiyi vədlərin yerinə yetirilmədiyini xatırladaraq verdiyi vədlər qarşısında cavabdehlik daşıdığını vurğulayıblar.

Ruhani «Azərbaycan var olsun – İstəməyən kor olsun», «Türk dilində mədrəsə - Olmalıdır hər kəsə», «Haray haray mən türkəm» və s. kimi şüarların qarşısında «türkcə, dil deyil, bir güclü ruhiyyədir» deyərək öz çıxışını davam etdirib.

Çıxış mərasiminin təşkilatçıları əhalidən «Ya Hüseyn, Mir Hüseyn» şüarının səsləndirilməsini istəyiblər, lakin soydaşlarımız milli şüarlar səsləndirməklə kifayətləniblər.

Ruhani öz çıxışında Urmiya gölü ilə bağlı verilən vədin yerinə yetirildiyinə işarə edərək bildirib ki, əgər bu böhranla bağlı tədbir alınmasaydı, bu gün Şərqi və Qərbi Azərbaycan tam başqa vəziyyətdə olardı, göl quruyardı və duz fırtınası hər yeri bürüyərdi.

Ruhanin Urmiya gölü ilə bağlı iddiasının doğru olmadığını Urmiya Gölünü Canlandırma Mərkəzi və Qərbi Azərbaycan Məntəqə üzrə Su Şirkətinin rəsmi raportları göstərib. Bu zəmində daxili və xarici mətbuatda da Urmu gölündə vəziyyətin dəyişmədiyinə dair dəfələrlə məlumat yayılıb.

 





16.05.2017    çap et  çap et