Vaxt.Az

«Əsədi öldürməyin vaxtıdır...»


 

Qalant: «İlanın başı Tehrandır»

«Əsədi öldürməyin vaxtıdır...» «İsrailin Mütərəqqilik və Məskən naziri Yoav Qalant, Bəşər Əsədin öldürülməsinin lazım olduğunu söyləyib». İsrail mətbuatında yer alan xəbərlərə görə, Qüdsdə keçirilən konfransınların birində danışan nazir Qalant, «Onun (Bəşər Əsədin) dünyada yeri yoxdur. Mən Əsədin öldürülməsinin zamanının gəldiyini düşünürəm. İş bu qədər sadədir» deyib.

Əsəd rejiminin Suriyadakı hərəkətlərini nasist Almaniyasının lideri Adolf Hitlerin etdiklərinə bənzədən nazir fikirlərinə əlavə edərək deyib ki, «Suriyadakı vəziyyət insanları öldürmək, onlara qarşı kimyəvi silah istifadə etmək və son olaraq da 70 ildir görmədiyimiz, insanların cəsədlərini yandırmaqdan ibarətdir».

Qalant, bundan başqa Əsəd rejimin Suriyada yüz minlərlə insanı öldürərək qırğın törətdiyini ifadə edərək, «Əsədin öldürülməsi ilanın quyruğunun kəsilməsi mənasındadır. Növbə ilanın əsl başı olan Tehrana gəlməlidir», - deyib.

Amerika xarici işlər nazirinin köməkçilərindən Stuart Cons, dünən təşkil etdiyi mətbuat konfransında, Əsəd rejiminin Suriyada Sayednaya həbsxanasında minlərlə insanı öldürərək cəsədlərini yandırdığını açıqlamışdı.

Cons, paytaxt Şamdan təxminən 45 dəqiqə uzaqlıqda olan həbsxanada gündə ortalama 50 adamın öldürüldüyünə inandıqlarını qeyd etmişdi.

Əsəd rejiminin İdlibin Xan Şeyxun diyarına aprelin 4-də təşkil etdiyi kimyəvi hücumda isə çoxu uşaq olmaqla 100-dən çox vətəndaşın öldüyü, 500 nəfərin isə qazdan təsirləndiyi bildirilmişdi.

 





17.05.2017    çap et  çap et