vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
10:51 | 19 may 2017 | Cümə Məqaləyə 1291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran daha 9 ay uzadılmasını istəyir

Neft hasilatının həcminin azaldılmasına dair anlaşmanın bitməsinə az qalıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən OPEC-ə üzv və üzv olmayan neft hasilatçısı ölkələrinin növbəti sammitində İran tərəfinin hasilatın azalması ilə bağlı anlaşmanın müddətinin 9 ay uzadılmasına etiraz etməyəcəyi gözlənilir.

Rəsmi Tehran İraq bu təşəbbüsdə iştirak edəcəyi halda anlaşmanın müddətinin artırılmasına razılıq verəcəyini bəyan edib.

Məlumata görə, neft istehsalçıları «qara qızıl» bazarında vəziyyətin sabitləşməsində həqiqətən maraqlıdır. Onlarl daha çox maraqlandıran məsələ isə yaxın illərdə neft təchizatının etibarlılığını təmin etməkdir.

Qeyd edək ki, mayın 15-də Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin 2018-ci ilin mart ayının sonuna qədər artırmaq barədə razılıq əldə ediblər. Həm bu xəbər, həm də ABŞ-ın neft ehtiyatlarının həcminin artması barədə xəbər dünya bazarında "Brent" markalı neftin qiymətinin 51,05 dollar/bareldən 51,75 dollar/barelə çatmasına səbəb olub.