vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:11 | 20 may 2017 | Şənbə Məqaləyə 1921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizi polisə satacaqdı»

Aygün Bəylərin qardaşının iştirakçısı olduğu və 3 il sonra açılan dəhşətli cinayət

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edir.

İttihama görə, Fuad Məmmədzadə, Elnur Alxasov və digərləri qabaqcadan əlbir olaraq 2013-cü ilin fevral-mart aylarında Cavid Alxazovun Xəzər rayonu, Qala qəsəbəsində yerləşən evində narkotik vasitə olan marixuana əkib-becərmək və satıb pul qazanmaq barədə razılığa gəliblər. Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumu əldə etdikdən sonra 25 ədəd dibçək və torf alıb Abbas Hümmətovun maşını ilə həmin həyətə gətirərək orada əkib-becəriblər.

Təxminən iki aydan sonra narkotik vasitələrin becərilməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələnərək törətdikləri cinayəti gizlətmək məqsədilə onu öldürməyi qərara alıblar və son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlayıblar.

21 may 2013-cü ildə A.Hümmətov və digərləri E.Hümmətovu yolda görüb onu aldadaraq maşına otuzdurub, narkotik becərdikləri ünvana gətiriblər. Evə gətirdikdən sonra ona narkotik yetişənə qədər bağda qalacağını bildirib, heç kimlə əlaqə saxlamamasını tələb ediblər. Həmin gecə E.Hümmətov onlarla birlikdə bağda qalsa da, ertəsi gün qaçmağa cəhd etdiyini görüncə, onu boğub öldürüblər. Meyiti sellofan torbaya qoyub həyətdə qazdıqları quyuya ataraq, üstünə beton töküblər. 

Dəstə üzvləri həmin ilin iyul-avqust aylarında yetişdirdikləri 40 kq marixuananı qurudaraq kibrit qutularına qablaşdırıb istintaqa məlum olmayan şəxslərə satmaqla 15 min manat pul qazanaraq aralarında bölüşdürüblər.


«Öldürmək yox, əl-qolunu bağlayıb hədə-qorxu gəlmək lazımdır»


Təqsirləndirilən şəxs qismində dindirilən Abbas Hümmətov istintaqa verdiyi ifadəsində taksi sürücüsü işlədiyini, Cavid, Elmir, Fuadla eyni qəsəbədə yaşadıqlarını, onlarla dostluq etdiyini deyib. C.Alxazovun həyətində marixuana əkib-becərən tanışlarını mütəmadi olaraq ora aparıb-gətirdiyini, pul əvəzinə isə ona çəkməyə marixuana verdiklərini bildirib: «2013-cü il yayın əvvəlində Cavidin evində olarkən Fuad dedi ki, Elnur əkdiyimiz narkotik maddəni oğurlamaq istəyib, bizim barəmizdə də polisə məlumat verəcək. Bunun qarşısını almaq lazım gəldiyini və Elnuru öldürməyi təklif etdi. Elmir Alxazovla mən Fuadın dediklərinə qarşı çıxdıq. Hətta dedik ki, öldürmək yox, əl-qolunu bağlayıb hədə-qorxu gəlmək lazımdır».


«Kimsə bir kəlmə danışarsa, sonu belə olcaq»


A.Hümmətovun ifadəsinə görə, hadisə baş verən gün Fuad Məmmədzadə onu mağazaya «skoç» almağa göndərib. Mağazadan qayıdıb evə girən zaman Elnuru öldürüb zibil torbalarına bükdüklərini görüb: ««Skoç»u yerə atdım, orada dayana bilməyib evə getdim. Gecə saatlarında Fuad zəng vurub məni bağa çağırdı. Bağa gələndə gördüm ki, meyit basdırılıb, üstünə beton tökülüb. Meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bel ilə ərtafa yaydım. Fuad «hadisəni kiməsə danışsan, sonun belə olacaq» deyib məni hədələdi. Qorxumdan bu barədə heç kimə heç nə demədim».


«Narkotik vasitənin toxumunu internet vasitəsilə Hollandiyadan və İngiltərədən sifariş etmişdim»


Təqsirləndirilən Fuad Məmmədzadə ifadəsində 2012-ci ilin sonlarında sinif yoldaşı Elmir Alxasovun ona marixuana yetişdirməyi və pul qazanmağı təklif etdiyini, narkotik vasitənin toxumunu internet vasitəsilə Hollandiya və İngiltərədən gətizdirdiyini bildirib: «Elmir məni Abbas, Ramil, Cavid, Ramilin qardaşı Elnur və Elnur Hümmətovla tanış etmişdi. Narkotik vasitəni internet vasitəsilə İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim. Toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumunu poçtdan götürdüm. İnternetdən öyrəndiyim qaydada suda islatdım, hər dibçəyə bir toxum əkməklə 25 ədəd dibçəkdə, sarı işıq verən projektorun altında becərdik. Növbə ilə həmin evdə qalıb narkotik bitkilərə qulluq etdik».


«Bizi polisə satacağından şübhələnmişdik»


F.Məmmədzadə daha sonra ifadəsində Elnuru necə öldürmələrindən danışıb: «2013-cü ilin may ayında Elnur bir həftəyə qaytarmaq şərtilə məndən 500 manat borc pul aldı. Bundan sonra gizlənməsi, günlərlə tapılmaması bizi sata biləcəyinə şübhələr yaratmışdı. Marixuana yetişəndə onu oğurlayacağını və bizi polisə satacağını eşidəndə onu öldürməyi təklif etdim. Bu barədə Elnurun qohumu Abbasa da demişdik. Hadisə baş verən gün Abbasla Elmir meyiti gizlətmək üçün zibil torbaları və «skoç» alıb Cavidin evinə gəldilər. Sonra Elmir Elnura «niyə bizi satırsan?» deyərək onu yerə yıxıb boğmağa başladı. Elnurun bıçaq götürmək istədiyini görüb ayağımla bıçağı kənara itələdim. Mən əllərindən, Ramil isə ayaqlarından tutdu. Ramil balışı Elnurun ağzına tutub sıxdı. Sonra isə Elmirlə Ramil dəsmalı boğazına dolayıb boğdular. Elnurun səsi kəsildikdən sonra onun öldüyünə əmin olduq. Abbas həmin vaxt bayırda idi. İçəri girəndə meyiti gördü. Həmin gecə Abbas, Cavid, Ramil və mən meyiti quyuya atıb üstünü betonladıq. Becərilən marixuanadan Abbas 150 kibrit qutusuna qablaşdırıb birini 70 manatdan satdı. Əldə olunan pulu aramızda böldük. Həmin puldan Elnur Hümmətovun kreditini də ödədik».


«Hamımızı polisə satacaqdı, ona görə öldürdük»


Təqsirləndirilən şəxs qismində dindirilən Ramil Əsirov ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Cavid Alxasovun evində təmir-tikinti işləri gördüyünü, narkotik maddə çəkmək xətrinə həmin evdə qalıb becərilən marixuanaya qulluq etdiyini bildirib: «Elnur Hümmətov da marixuananın becərilməsində iştirak etmişdi. Bir ara Elnur harasa yoxa çıxdı. Onun bizi satacağından şübhələnmişdik. On-on beş gün Elnuru axtardıq».

R.Əsirov ifadəsində göstərib ki, hadisədən bir gün əvvəl Yeni Suraxanı ərazisində E.Hümmətovu görüb, ona bağa getməyi təklif ediblər: «Abbasın maşını ilə gələndə yolda Elnuru gördük, ona bağa getməyi təklif etdik, heç nədən şübhələnməyib maşına oturdu. Bağda Elnurla söhbət edərkən heç kimi satmadığını dedi. Fuad isə «səndən şübhələnirik, malı yığıb götürənə kimi bu evdə qalacaqsan» dedikdə Elnur razılaşdı. Həmin gecə bağda qaldı. Ertəsi gün Fuad, Elmir və Abbas bağa gəldilər. Fuad Abbasa pul verib ərzaq almaq üçün marketə göndərdi. Evdə Elmir, Fuad və Elnur Hümmətov qaldılar. Mən həyətə çıxmışdım. Evə girəndə gördüm ki, Elmir Elnuru yıxıb, Fuad isə dəsmalla boğazəndan sıxıb boğur. Fuad «kömək elə» deyib mənə qışqırdıqda yaxınlaşıb Elnurun ayaqlarından tutdum. Fuadın Elnuru öldürmək istədiyini görüb, Elnuru buraxıb ayağa durdum. O isə «öldürmüşəm, gətir balıncı üzünə qoy» dedi. Balıncı gətirib hərəkətsiz dayanmış Elnurun üzünə qoydum. Abbas mağazadan qayıtdıqda Elnurun meyitini gördü. Fuad «bizi satacaqdı, ona görə öldürdük» dedi. Bundan sonra Abbas çıxıb getdi. Fuadla birlikdə meyiti həyətdə basdırdıq, üstünə beton tökdük. Axşam Cavid bağa gələndə hadisəni danışdıq. O, meyiti həyətdən çıxarmağı tələb etdikdə «sonra çıxararıq» dedik».

Xatırladaq ki, təqsirləndirilən A.Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən E.Hümmətov isə əmisi nəvəsidir.