vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
SOSİAL  
21:44 | 21 may 2017 | Bazar Məqaləyə 2641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağ evlərində icarə qiymətləri artır

Mənzil bazarında durğunluq olsa da, kirayədə canlanma var

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yay mövsümündə mənzil bazarında həmişə korreksiya baş verirdi. Qiymətlər ya sabitləşir, ya da enməyə doğru meyllənirdi. Amma hazırda mənzil bazarında durğunluq hökm sürür».

Bu barədə Modern.az-a daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev məlumat verir. 

R.Əliyev deyir ki, son iki ildə bazarın özündə neqativ situasiya olduğu üçün yaz-yay mövsümünün təsiri altında qiymət formalaşması nəzərə çarpmır:

«Yayda müşahidə etdiyimiz qiymət azalmaları bazarın mövcud vəziyyətilə bağlıdır, artıq mövsümi təsirlər müəyyən qədər aradan qalxıb. Adətən bazarın yaxşı vaxtlarında yayda aktivlik artırdı, qiymətlər sabitləşirdi. Son iki ildə vəziyyət o qədər pisdir ki, bu kimi halların bazara təsiri müşahidə olunmur. Onsuz da bazarda mövsümdən asılı olmayaraq durğunluq var. Ümumilikdə isə son bir neçə ayda mənzil bazarında hər hansı dəyişiklik yoxdur. Xüsusilə ilin əvvəlində ipoteka kreditlərinin bərpa olunması bazarda müəyyən qədər aktivlik yaratdı. Təbii ki, ipoteka kreditlərinə müraciətlər çox deyil. Bu, sadəcə nisbi də olsa bazarda süni aktivliyə səbəb olub və psixoloji təsirlərə malikdir. Bəziləri buna görə qiymətlərlə oynayır. Bu dəqiqə bazarın ən böyük problemi ondan ibarətdir ki, ödəmə qabiliyyətli tələbat çox aşağı səviyyədədir. Ona görə də durğunluğun aradan qalxması üçün bazarda tələbat yaranmalıdır. Bunun üçün makroiqtisadi vəziyyət yaxşılaşmalıdır, ucuz maliyyə resurslarına əlçatanlıq yaradılmalıdır. Məhz bu vaxt bazar üzrə gözləntilər yaxşılaşa bilər».

Ekspertin sözlərinə görə, həmişəki kimi yayın gəlişilə bağ evlərinə tələbat artmaqdadır:

«Hətta bağ evlərinin qiyməti bu aylarda real qiymətindən bir neçə dəfə baha təklif olunur. Hazırda ölkəyə olan turizm axını ilə bağlı kirayə bazarında canlanma müşahidə olunur. Bu xüsusilə şəhərdə olan kirayə mənzillərinə tələbatı artırır. Rusiya, Türkiyə, İrandan gələn turistlərin əksəriyyəti otellərdə qalmaqdansa şəxsi mənzilləri kirayələməyə üstünlük verirlər. Hazırda onların sayı çox olmasa da, bu templə davam edəcəyi təqdirdə sürətli artım gözlənilir. Onu da qeyd edim ki, kirayə evlər turistlərə daha baha qiymətlərlə təklif edilir.

Digər tərəfdən, şəhərin müxtəlif yerlərində başlayacaq söküntülərlə əlaqədar kirayə bazarda canlanma gözlənilir. Düzü, inanmıram ki, söküntülərin miqyası geniş olsun. Çünki belə olacağı təqdirdə evləri sökülənlər kirayəyə çıxacaq. Ona görə mən belə bir şey olacağını gözləmirəm. Əgər birdən-birə kütləvi söküntü baş verərsə, bazarda gərginlik yaranacaq. Bundan başqa, tələbələrin əksəriyyəti imtahanlardan sonra bölgələrə qayıdacaq. Bu isə həmişə olduğu kimi mövsümi xarakter daşıyır».