vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
09:49 | 22 may 2017 | Bazar ertəsi Məqaləyə 1294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ən böyük qurban öz əhalisidir»

Donald Tramp: «İranı təcrid etmək üçün bütün millətlər bir-biri ilə həmkarlıq etməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezident Donald Tramp, 55 müsəlman ölkəsinin liderləri və nümayəndələrinin Ər-Riyadda keçirilən birgə konfransında çıxış edərək İranın regional siyasətindən, ərəb ölkələrinin daxili işlərinə qarışmasından və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

Ər-Riyadda «Terrorizmə Qarşı Mübarizə Mərkəzi»nin açılmasını yüksək qiymətləndirən Tramp, İranın bölgədə yürütdüyü təxribatçı siyasətini və onun regionun sabitliyinə qarşı yönələn cəhdini qınayaraq, bütün müsəlman ölkələrini İranı boykot etməyə çağırıb: «Bu gün, on illərlə bölgədə sabitliyin pozulmasının əsas səbəbkarı sayılan İrandan danışmaq istəyirəm. İran, on illərdir ki, regionda və digər yerlərdə terrorçulara təlim keçir, onları maddi və hərbi baxımdan təmin edir. İran, İsrailin məhv edilməsinin tərəfdarıdır. Bu ölkə Orta Şərqin sabitliyinə həmişə xələl gətirib, bunu indi də davam etdirir. Suriyada gedən savaşda isə biz bunun şahidiyik.

Bu gün, Tehran rejiminin ən böyük qurbanları, İranın öz xalqı və əhalisidir. İran xalqı, rəsmi Tehranın radikalizmə, ifratçılığa və terrorizmə verdiyi dəstəkdən əziyyət çəkir. İran hökuməti terrorçuları silahlandırır, onları maddi və hərbi baxımdan dəstəkləyir. Hazırda regionda, o cümlədən də Livan, İraq və Yəməndə sabitliyin pozulmasının əsas günahkarı da İrandır.  Suriyada Bəşər Əsəd rejimi məhz İranın dəstəyinə arxanaraq öz xalqına qarşı cinayət törədir.

Elə buna görə də, hesab edirəm ki, İranı təcrid etmək üçün bütün millətlər bir-biri ilə həmkarlıq etməli, onun terrorçu qruplaşmalara pul və silah çatdırmasının qarşısını almalıdır».