vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DÜNYA  
10:34 | 22 may 2017 | Bazar ertəsi Məqaləyə 1496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bura mühazirə oxumaq üçün gəlməmişik»

Tramp müsəlman dünyasına səsləndi: «Biz sizə tərəfdaşlıq təklif etmək üçün buradayıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində nitqində müsəlman dünyasını terrorizmə qarşı mübarizədə birliyə çağırıb.

ABŞ prezidenti kimi ilk xarici səfərinə çıxan Tramp bildirib ki, Birləşmiş Ştatlar «ekstremizmin kökünün kəsilməsi kimi bir məqsəd ətrafında birləşən» ölkələrin koalisiyasını yaratmağa çalışır. O bu mübarizəni «xeyir və şər arasında mübarizə»adlandırıb.

«Bu, müxtəlif dinlər, məzhəblər və siviliziyalar arasında mübarizə deyil. Bu, insan həyatını məhv etmək istəyən vəhşi kriminallar və onu qorumağa çalışan bütün dinlərə mənsub insanlar arasında bir mübarizədir», prezident Tramp nitqində bildirib.

ABŞ prezidenti deyib ki, «bu bəlanı yalnız xeyir qüvvələri birlik göstərsə və möhkəm olsa və bu zaldakı hər bir şəxs öz işini görüb, üzərinə məsuliyyət götürdüyü aman aradan qaldırmaq mümkün olacaq».

Əhalisinin əsas hissəsinin müsəlmanlardan ibarət olan ölkələrdən vətəndaşların ABŞ-a gəlməsinə qadağa qoymağa çalışan Tramp nitqində mübahisəli «radikal islam terrorizmi» ifadəsini işlətməyib. ABŞ-da etdiyi çıxışlarında o tez-tez bu ifadədən istifadə edib. Bunun yerinə o, müsəlman ölkələrinin liderlərini «islamçı ekstremizmi böhranı və bundan ruhlanan islamçı terror qruplarının» qarşısını almağa çağırıb.

«Biz şər qarşısında biganə qalacağıqmı?», Tramp sual edib.


İran xüsusi vurğulanıb


Tramp çıxışında İranı xüsusi qeyd edərək, Tehranı regionda qeyri-sabitlikdə rol oynamaqda ittiham edib.

«Livandan İraqa və Yəmənə qədər İran regionda dağıntılar və qarışıqlıq yaradan terrorçuları, militantları və ekstremist qrupları silahlandırır və onlara təlim verir», Tramp bildirib.

ABŞ prezidenti deyib ki, «terrorizmə qarşı mübarizə günahsız müsəlmanların öldürülməsi, qadınların əsarəti, yəhudilərin təqibləri və xristianların qətllərinə qarşı birgə dayanmaq deməkdir. Dini liderlər bunu tam aydın etməlidirlər: vəhşilik sizə şöhrət gətirməyəcək, şər qüvvəyə baş əymək sizə şərəf gətirməyəcək».


«Mühazirə oxumaq üçün burada deyilik»


O daha sonra nitqində deyib: «Amerika suveren bir ölkədir və bizim bir nömrəli prioritetimiz vətəndaşlarımızın təhlükəsizliyidir. Biz mühazirə oxumaq üçün, başqalarına necə yaşamalı, nə etməli olduqlarını, nəyə ibadət etməli olduqlarını demək üçün burada deyilik. Bunun əvəzinə, biz hamımız üçün daha yaxşı gələcək naminə bölüşdüyümüz birgə maraqlar və dəyərlərə əsaslanan tərəfdaşlıq üçün buradayıq. Hər dəfə bir terrorçu günahsız insanı öldürəndə və yalandan Allahın adını çəkəndə bu, hər bir mömin üçün təhqir olmalıdır».

«Terrorizm bütün dünyada yayılıb. Lakin sülhə aparan yol burada, bu qədim torpaqda, bu müqəddəs torpaqda başlayır», deyə Tramp bildirib və sonra əlavə edib: «Amerika birgə maraqlarımızın və ümumi təhlükəsizliyin təmin edilməsində sizinlə çiyin-çiyinə dayanmağa hazırdır».

«Birlikdə biz məğlub edilə bilmərik», Tramp çıxışında bildirib.


Körfəz Əməkdaşlıq Şurası və ərəb liderlərlə görüşlər


Çıxışından öncə Amerika prezidenti altı ölkənin üzv olduğu Körfəz Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirib. Danışıqlar zamanı İranla fikir ayrııqlarının həll edilməsi yolları və islamçı militantlara qarşı mübarizə məsələsi müzakirə edilib.

Tramp bu gün eyni zamanda, Qətər, Bəhreyn, Misir və Küveyt liderləri ilə ikitərəfli görüşlər keçirib.


Səudiyyə Ərəbistanı ilə əlaqələr


Səudiyyə Ərəbistanına səfərinin ilk günü ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz 110 milyard dollar dəyərində hərbi avadanlığın satışına dair saziş imzalayıblar.

Ağ Ev bildirib ki, bu razılıq ABŞ şirkətləri üçün Yaxın Şərq regionunda yeni imkanlar yaradılması və Briləşmiş Ştatların müdafiə səanyesində on minlərlə yeni iş yerinin açılmasına xidmət edəcək.

ABŞ prezidentinin ilk xarici səfəri olaraq Səudiyyə Ərəbistanına getməsi presedenti olmayan bir hadisə kimi dəyərləndirilir. Lakin neftlə zəngin Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatlar enerji və hərbi sahələrdə uzun zamandır mövcud güclü əlaqələrə malikdir. Səudiyyə Ərəbistanı Trampın ABŞ-a səfərlərə qadağa qoyduğu müsəlman ölkələrinin siyahısına daxil edilməyib.