vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TOP OYUNLARI  
12:06 | 22 may 2017 | Bazar ertəsi Məqaləyə 2089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən də təsirlənmişdim»

Cavid Qurbanov qadın voleybolçularımız və dövlət himni haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov kişi və qadınlardan ibarət milli komandaların «Bakı 2017» IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarını dəyərləndirib.

C.Qurbanov «Report»a açıqlamasında qadınlarla müqayisədə, kişi komandasının ikinci yeri tutmasını da yüksək qiymətləndirdiyini bildirib.

«Qadın komandasının Faiq Qarayev kimi baş məşqçisi var və bu cür güclü voleybolçuları belə mütəxəssis yetişdirir. Lakin kişi komandası hələlik yenidir. Onlar üçün belə oyun birinci dəfədir və gümüş medal qazanmaları da böyük şeydir. İnanıram ki, gələcəkdə daha da yaxşı olacaq və daha da inkişaf edəcəklər”, - deyə o bildirib.

AVF prezidenti mükafatlandırma mərasimində dövlət himnini qadın voleybolçulardan ibarət Azərbaycan yığması ilə birgə ifa etməsindən də danışıb. C.Qurbanovun fikrincə, hər bir azərbaycanlı dövlət himnini bilməli və onu ürəkdən oxumalıdır: «Əlbəttə, qızlarımızın Azərbaycan himnini ürəkdən və ucadan oxumalarından mən də təsirlənmişdim. Çünki qalib gəlmək yaxşı hissdir. Azərbaycanın qələbəsi hər şey deməkdir”.

Federasiya rəhbəri 22 sentyabr - 1 oktyabrda Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatında voleybolçu qadınlardan ibarət yığmadan yalnız qızıl medal gözlədiyini də əlavə edib.

Qeyd edək ki, İslamiadada Fərid Cəlalovun baş məşqçi olduğu kişilərdən ibarət voleybol millisi finalda İran yığmasına 0:3 hesabı ilə uduzaraq, ikinci yeri tutub.