vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:07 | 23 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş Avropa Məhkəməsinə getdi

Naxçıvanla sərhəddə əsgər Xaçatryanı necə öldürüblər...

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü ildə Ermənistan ordusunun Naxçıvanla sərhəddəki postlarından birində öldürülən əsgər Qrişa Xaçatryanın işi Avropa Məhkəməsinə göndərilib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, əsgərin valideynləri onun ölümü ilə bağlı cinayət işinin qaldırılmasını, günahkarların tapılıb cəzalandırılmasını tələb edir. Hansı ki, Ermənistan hüquq-mühafizə orqanları əsgərin ölümü ilə bağlı «cinayət tərkibi olmadığından» cinayət işinə xitam verib.

Rəsmi versiyaya görə insidentin baş verdiyi gün, iyulun 14-də, saat 10.00-da Qrişa Xaçatryan digər sıravi Martun Arutyunyanla birlikdə döyüş mövqeyində növbə çəkirmiş. 35 dəqiqə sonra istintaq orqanına Xaçatryanın başından aldığı güllə yarasından öldüyü haqda məlumat daxil olub. 19 yaşlı Xaçatryanın ölümü ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan bildirib ki, ilkin məlumata görə əsgər Azərbaycan tərəfinin açdığı atəşdən ölüb. Daha sonra MN əsgərin döyüş mövqeyində növbə çəkərkən öldüyünü bildiriblər. O vaxtkı müdafiə naziri Seyran Ohanyan isə jurnalistlərə əsgərin «silahla davranış qaydalarını pozma» səbəbindən öldüyünü deyib.

Lakin cəsədin yarılmasında iştirak edən hərbi ekspert Ruben Martirosyan bildirib ki, baş vermiş hadisə adi qətldir. Onun sözlərinə görə, əsgərin sinəsində, ayaqlarında, dizində, başında küt alətlə endirilən zərbələrdən qançırlar yaranmışdı. Bütün bunlar Qrişanın öldürüldüyünü göstərir.

Faktla bağlı cinayət işi qaldırılsa da 2015-ci ilin iyun ayında bağlanıb. Hüquq-mühafizə orqanları əsgərin ölümündə cinayət tərkibi olmadığı qənaətinə gəliblər. Əsgərin ailəsinin şikayətləri isə rədd edilib.