vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:29 | 23 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2850 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təsadüfi deyil ...»

İlham Əliyev: «O vaxt ağlımıza da gələ bilməzdi ki, idmançılarımız bu qədər medal qazanacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir».

Rəsmi KİV-lər xəbər verir ki, Bunu prezident İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə deyib.

Prezident qeyd edib ki, Azərbaycan xalqının çox böyük tarixi var. Ancaq müstəqillik tarixinin müasir dövrdə o qədər də böyük olmadığını deyən dövlət başçısının sözlərinə görə, cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar əldə edilib: «İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir. Sovet dövründə heç vaxt bizim ağlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr əldə edəcəklər, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər».

Ölkənin müstəqillik günü ərəfəsində olduğunu xatırladan dövlət başçısı vurğulayıb ki, bir neçə gündən sonra Respublika Günü qeyd ediləcək: «Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təsadüfi deyil, bu, təbiidir».