vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
11:52 | 24 may 2017 | Çərşənbə Məqaləyə 2933 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pulsuz «Wi-Fi» trafiki müştərilərdən çıxılıb?

«WhatsApp», «Skype» deşifrə kodlarını verməyincə bloklanmanın aradan qalxması sual altındadır

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan İnternetinin hazırda 2 ciddi problemi yaranıb:

1. Son dövrlərdə İnternetin keyfiyyəti hədsiz pisləşib. Bu gözlənilən idi. Səbəblərini artıq açıqlamışıq. Düşünürəm ki indiki halda ən təsirli tədbir Porvayderlərə qarşı ciddi nəzarətin təşkil olunmasıdır. «Çəkidə aldatmaq» məsələsinə son qoyulmalıdır. Bu isə çox sadədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazilrliyi (NRYTN), İstehlakçıların hüquqlarını qorumalı olan Dövlət Xidməti müstəqil qurumları da cəblb edərək sadə bir monitorinq keçirməklə müəyyən edə bilərlər ki Provayderin mövcud istifadəçilərinə tələb olunan toplam internet sürəti nə qədərdir və onun «backbone» provayderdən topdan aldığı trafik nə qədərdir.? Yəni tələbatı nə qədərdəir və nə qədər satır. Vəssalam. Bütün kartlar burda açılır.

Məsələn, təsəvvür edin ki, Bakinternet gözəl bir addım atır, şəhərdə on minlərlə insanlar üçün pulsuz «Wi-Fi» təşkil edir, amma onlayn statistikada baxıb görürük ki, onun bunadək aldığı trafik dəyişməyib. Yəni istifadəçilər hədsiz qədər artıb amma indiyədək aldığı sürət dəyişməyib. Deməli, belə çıxır ki başqa müştərilərinin ödənişlə indiyədək aldığı interneti pulsuz olaraq digərlərinə də təklif edir.

Düşünürəm ki, NRYT Nazirliyi tərəfindən «Delta Telekom»la provayderlər arasında olan borc məsələsinin həllinə diqqət yetirilməsi də internetin keyfiyyətinə xeyli müsbət təsir edə bilərdi.

2. Son dövrlərdə «WhatsApp», «Skype» və s bu kimi resurslara blok qoyulub. Bunun da səbəbləri haqqında açıqlama vermişik, təbii ki, əsasən təhlükəsizliklə bağlıdır. Güman ki bu tip xidmətlər təqdim edən resurslar addım-addım bloklanacaq. Anlaşılandır. Amma görəsən bu, nə qədər davam edəcək.? Əgər adı çəkilən resursların sahibləri hökumətlə əməkdaşlıq etməyəcəklərsə, deşifrə üçün zəruri olan kodları, məlumatları bizim xüsusi xidmətə verməyəcəklərsə məhdudiyyətlər aradan qalxmayacaqmı?

Bunu sübut etməyə ehtiyac yoxdur ki, informasiya münasibətlərinin və müxtəlif xidmətlərin reallaşmasında ciddi rol oynayan bu tip resursların uzun müddət məhdudlaşdırılması ölkəmiz üçün yolverilməzdir.

Belə olan halda düşünürəm ki hökumət alternativlər təklif etməlidir. Hansı resurslardan istifadə etsin vətəndaşlarımız ? Hansılar tövsiyə olunur ? Beynəlxalq rabitə xidmətlərinin, «rouminq»in tariflərinin hədsiz baha olduğu bir şəraitdə vətəndaşlar nə etməlidir?

Bəlkə özümüzün bu tip resursumuzu yaradaq?

Bəlkə hökumət dəstək versin ki bizim özümüzün bu tip milli «startap»ı hazırlansın.

Yoxsa ümid qalacaq ki, estonlarda olduğu kimi, bizdə də mühit nə zamansa məcbur edəcək ki, kiminsə ağlına oxşar ideya gəlsin.

Düşünürəm ki, müharibə şəraitində olan ölkə üçün, son dövrlərdə ölkəmizə xarici təsirlərin də artdığının müşahidə olunduğu bir zamanda təhlükəsizliklə bağlı atılan addımlar anlaşılandır və zəruridir.

Bununla belə yuxarıda qeyd olunanlarla bağlı hökumət tərəfindən ciddi addımların atılmasını, alternativlərin təqdim edilməsini, bu sahədə mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlər görülməsini vacib hesab edirəm.