vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
18:14 | 24 may 2017 | Çərşənbə Məqaləyə 1034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şərqdəki 7 savaşa son qoymaq lazımdır»

Tramp isə ərəb ölkələrini müharibəyə həvəsləndirir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, prezident Donald Tramp Yaxın Şərq səfərini başa vurarkən Mançester şəhərində törədilmiş terror aktını pisləyib və onu törədəni «həyatda heç nə əldə edə bilməyən əfəl» adlandırıb.

Məqalədə deyilir ki, bu sözlərlə əslində ABŞ prezidenti İŞİD və əl-Qaidənin kök atıb çiçəkləndiyi torpaqda xaosun artmasına bir az da töhfə verib.

Müəllif yazır ki, Mançesterlə Yaxın Şərq arasında məsafə böyük olsa da, buradakı əlaqəni görməmək mümkün deyil.

Prezident terrora görə, demək olar birmənalı şəkildə yalnız şiə İranı ittiham edib, halbuki regionda sünni əl-Qaida və İŞİD-in təşəkkül tapmasında əsas rolu Səudiyyə Ərəbistanından qaynaqlanan vəhabilik oynayıb.

Məqalədə deyilir ki, 11 sentyabr terror aktlarından bəri bütün terror hücumlarını şiələrin boynuna qoymaq faktlara zidd getməkdir.

«The İndependent» yazır ki, İranı tənqid atəşinə tutmaqla Tramp Səudiyyə Ərəbistanı və Körfəzin ərəb ölkələrini Yaxın Şərq boyunca təmsili müharibələrə həvəsləndirir. Təbiidir ki, İran da öz növbəsində ehtiyat tədbirləri görməli olacaq.

Məqalədə deyilir ki, Trampın, başçılarının avtoritar olmasına baxmayaraq birmənalı şəkildə sünni dövlətlərinin tərəfini saxlaması, artıq indidən şiələr və sünnilər arasındakı düşmənçiliyi dərinləşdirib.

Prezident Obama Bəhreynin kral ailəsi ilə soyuq münasibətlərə malik idi, çünki bu ölkədə etirazçıların kütləvi məhbus edilməsi və 2011-ci il etirazlarının ardınca məhbuslara qarşı ağır işgəncələr tətbiq olunması baş vermişdi.

Lakin Tramp Bəhreyn kralı Həmədlə Riyadda görüşməklə köhnə siyasətin üstündən xətt çəkib.

O açıq şəkildə deyib ki, «bizim gözəl münasibətlərimiz var, düzdür, keçmişdə bir az inciklik olub, lakin belə şeylər mənim administrasiyamla olmayacaq».

Məqalədə deyilir ki, Mançesterdə törədilmiş partlayışı Paris, Brüssel, Nitsa və Berlində olduğu kimi İŞİD-in təsiri ilə bağlayırlar, lakin buna bənzər aktlar İraq və Suriyada daha qəddar şəkildə baş verib.

Müəllif yazır ki, Suriya və İraqda baş verən qətliamlar Qərb mediasında geniş işıqlandırılmasa da, Yaxın Şərqdə məzhəblərarası müharibəni davamlı şəkildə dərinləşdirir.

Məqalədə deyilir ki, Avropada bu cür terror aktlarını həyata keçirən təşkilatların axırına çıxmağın ən ağıllı yolu Əfqanıstan, İraq, Suriya, Yəmən, Liviya, Somali və Nigeriyanın şimalında gedən 7 müharibəyə son qoymaqdır.

Lakin bu müharibələrə son qoyulması üçün İran və Səudiyyə kimi əsas oyunçular arasında siyasi kompromisin tapılması mühümdür, halbuki Trampın davakar ritorikası belə bir kompromisi mümkünsüz edir.

Məqalədə deyilir ki, əlbəttə, onun «dambadurumunu» nə dərəcədə ciddi qəbul etməyin lazım olduğu da sual altındadır. Üstəlik Trampın elan etdiyi siyasətlər az qala günbəgün dəyişir. Bu da deyilməlidir ki, Trampı indi öz vətənində daha ciddi məsələlər gözləyir və o, özünü siyasi böhrandan necə salamat qurtarması barədə düşünməlidir.

«Onun administrasiyası yaralanıb, - yazır «The İndependent» - Lakin bu, onun qısa müddətdə Yaxın Şərqə bu qədər yara vurmasına mane olmayıb».