Bakı-Tiflis-Ankara müttəfiqliyi...
«İlham Əliyev çoxdan bu ittifaqı təklif edir»
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
23 iyundan sonrakı Türkiyə
AKP niyə məğlub oldu, yaxud İmamoğlu fenomeni və yeni CHP
-
“İstanbulu qazanan Türkiyəni qazanar”
Türkiyədə AKP idarəçiliyi sona çatır, yoxsa...?
-
İmamoğlu sabah işə başlayır
Bəs Binəli İldırım?
-
İqtidar dəyişməsə, seçici onu dəyişdirəcək
İstanbul seçkisindən sonra ilk isti şərhlər
-
“Bu bir başlanğıcdır”
“İmamoğlu Ərdoğanın bacara bilmədiyini edib”
-
Əzici qələbənin müzakirəsi
Türkiyədəki bələdiyyə seçkiləri dünya mediasının gündəmində
-
“Oyun hələ bitməyib”
AKP İmamoğlunun seçkidə qələbəsini həzm edə biləcəkmi?
-
Bu dəfə 1 milyona yaxın fərqlə
İmamoğlu İstanbulu yenidən qazandı
-
Bu seçkidə kim uddu, kim uduzdu?
İmamoğlu-İldırım debatında kim ziyanlı çıxdı
-
İstanbul kimin olacaq?
İldırım və İmamoğlunun savaş kimi debatı
-
«Bəli, əfəndim, xatırlayıram!»
Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası
-
ABŞ türmələrini bir-birinə vuran azərbaycanlı...
Bu torpaqlarda onun «ətindən-südündən» yararlanmaq istəyən xeyli insanlar var...
-
Rza Zərraba qarşı yeni şok ittihamlar
İran əsilli iş adamını yaşlı kamera yoldaşına təcavüzdə suçladılar; milyonçu məhkəmədə verdiyi rüşvətlərdən danışır: «Rüşvətə təşnə hər kəsin bir qiyməti var»
-
«Halkbank»ı böyük cərimələr gözləyir
Zərrab məsələsi Türkiyəyə milyardlarla dollar ziyan vura bilər
-
Rza Zərrab olayı böyüyür
ABŞ-Türkiyə münasibətlərini nə gözləyir?
-
6 sualda Rza Zərrab işi
Sentyabra qədər «Halkbank» əməkdaşı ilə İranlı iş adamı prosesə birlikdə qatılırdılar
Ötən gün Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana birgünlük səfəri baş tutub. Virtualaz.org xəbər verir ki, bu səfər Rusiya siyasi dairələrində diqqətlə izlənilir. Çünki Moskva Gürcüstan-Türkiyə yaxınlaşmasını, Azərbaycanın da iştirakı ilə Ankara-Tiflis-Bakı hərbi-siyasi-iqtisadi müttəfiqlik oxunun meydana çıxması perspektivlərini özünün Cənubi Qafqazdakı maraqları baxımından həmişə hesaba alır.
«Kommersant» yazır ki, Binəli İldırımı geniş tərkibli nümayəndə heyəti müşaiyət edirdi və bu səfərin əsas məqsədi prezident Rəcəb Tayyib Ərdoğanın Tiflisə qarşıdakı səfərini hazırlamaqdır. Bu səfərin iyunda baş tutacağı gözlənilir. Binəli İldırımın səfəri zamanı ikitərəfli münasibətlərin bir çox sahələri ilə yanaşı Bakı-Tiflis-Qars strateji dəmir yol xəttinin istifadəyə verilməsi məsələsi də müzakirə olunub. Hansı ki, Türkiyə baş naziri dəmir yolunun ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb, Türkiyə tərəfində işlərin yekunlaşmaqda olduğunu bildirib.
Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır və baş nazir İldırım keçirdiyi mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin yaxın perspektivdə iki dəfə artırılacağına dair vəd verib. Doğrudur, bu ticarət dövriyyəsi əsasən Türkiyə mallarının Gürcüstana ixracının artması hesabına baş verə bilər. İqtisadi məsələlər üzrə ekspert Georgi Xuxaşvili deyir ki, Gürcüstanın Türkiyə bazarına çıxarmağa malları azdır, deməli iki ölkə arasında ticarət saldosunun onsuz da böyük olan mənfi saldosunun daha da böyüməsini gözləmək lazım gələcək.
Lakin Gürcüstanın Türkiyə ilə iqtisadi tərəfdaşlığı dərinləşdirməsi strateji maraqlardan irəli gəlir, çünki bu, Rusiyanın Gürcüstanda iqtisadi mövqelərini möhkəmləndirməyə yönəlmiş səylərinə qarşı yeganə düzgün seçimdir.
Mətbuat konfransında hər iki ölkənin baş nazirləri Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlıq formatını genişləndirmək planları barədə danışıblar. O cümlədən müdafiə və təhlükəsizlik sahəsində. Maraqlıdır ki, Türkiyə baş nazirinin səfərindən cəmi bir gün əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstana gedib, Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli danışıqları olub. Bu danışıqlarda üç ölkə arasında hərbi ittifaqın yaradılması mövzusu üstünlük təşkil edib. Gürcüstanda hesab edirlər ki, bu mövzu prezident Ərdoğanın da səfərində geniş müzakirə olunacaq.
«Azərbaycan prezidenti İlham Əliyev çoxdan Bakı-Tiflis-Ankara oxu formatı üzrə hərbi müttəfiqlik təklif edir. Bu geosiyasi manevrlərin mahiyyəti odur ki, Dağlıq Qarabağ münaqişəsinin getdikcə alovlanmağa başladığı bir vaxtda Ankara və Bakı, o biri tərəfdən İrəvan Gürcüstanı öz tərəfinə çəkməyə, yaxud Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlaması halında Tiflisin maksimal sərfəli mövqeyinə nail olmağa çalışır», - hərbi elmlər doktoru Vaxtanq Maisaya «Kommersant»a bildirib.
Xatırladaq ki, müdafiə nazirlərinin danışıqlarında Türkiyə, Gürcüstan və Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. Bundan əvvəl bir neçə dəfə Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə təlimlər keçirmişdilər. Üçtərəfli hərbi müttəfiqliyə gəldikdə isə Gürcüstanda bu məsələyə hələ soyuq yanaşırlar.