vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
22:52 | 24 may 2017 | Çərşənbə Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ATƏT-in bəyanatı yersiz idi»

Üzeyr Cəfərov: «Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Hərbi ekspert Üzeyir Cəfərov Amerikanın Səsinə müsahibəsində Dağlıq Qarabağda hərbi təmas xəttində son durum, ATƏT-in Minsk Qrupunun danışıqlar prosesindəki rolu və sülh danışıqlarının ümumi perspektivləri haqqına danışıb.


- ATƏT-in Minsk Qrupunun həmsədrləri cəbhədəki son durumu atəşkəs rejimi ilə bağlı razılşamanın pozulması kimi qiymətləndirib. Siz necə düşünürsünüz?

- ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı şəxsən mənə tam aydın olmadı. Səbəbini də bu günə qədər hələ axtarıb tapa bilməmişəm. ATƏT özünə sual verməlidir ki, Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin«OSA” zenit-raket kompleksi nədən peyda olub? Onlar bildiyi halda ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə qəti şəkildə xəbərdarlıq edib ki, əgər onların hər hansı bir fəaliyyəti ön xətdə yerləşən mövqelərimizə problemlər və çətinliklər yaradacaqsa, Azərbaycan əsgərləri, yəni ön xətdə duran qoşun birləşmələri bunu cavabsız buraxmayacaqlar. Həmin hadisə də Ermənistanın zenit-raket kompleksinin Füzuli-Xocavənd istiqamətində peyda olması və işlək vəziyyətdə bizim uçaq (təyyarə) aparatlarına, yəni ön xətdə olan mövqelərimizə yaratdığı probləmlər nəticəsində yarandı. Çox maraqlıdır ki, ATƏT dərhal bəyanat verir. 2016- cı ilin aprel hadisələri zamanı ATƏT-in, belə deyək, biz onların narahatçılığını görmədik. ATƏT bu gün yalnız öz maraqları çərçivəsində çıxış edir. Mən hesab edirəm ki, ATƏT-in bu bəyanatı yersiz bir bəyanat idi.


- ​Hazırki durum hərbi əməliyyatların yenidən bərpa olunmasına rəvac verə bilərmi? Bunun nəticələri nə ola bilər?

- Deməli baş verən hadisələr onu deməyə əsas verir ki, istənilən an döyüş əməliyyatları aktiv fazaya keçə bilər. Buna hər an hazır olmaq lazımdır. Azərbaycan Silahlı Qüvvələri onsuz da hazır vəziyyətdədir. Danışıqlar prosesinin bu qədər uzanması Azərbaycan tərəfinə sərf eləmir. İstənilən an əmr daxil ola bilər. Aydın məsələdir ki, qarşı tərəf müxtəlif dezinformasiyalar yayır. Bu sonuncu Azərbaycan-Türkiyə təlimlərinin Bakı yaxınlığında keçirilməsinə baxmayaraq, onlar qələmə verirdilər ki, guya Azərbaycan və Türkiyə cəbhə bölgəsinə qoşun toplayır. Onsuz da bizim cəbhə bölgəsində əməliyyatlar üçün nəzərdə tutulan həm şəxsi heyətimiz var, həm də texnikamız mövcuddur. Ona görə də arxadan hər hansı əlavə qüvvələrin gətirilməsinə heç bir halda ehtiyac yoxdur.


- Münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün tərəflər və beynəlxalq ictimaiyyət nə etməlidir?

- Danışıqlar prosesinin həlli, - mən bayaq da qeyd etdim,- çox sadədir. Sadəcə beynəlxalq qurumlara bu günki vəziyyət sərf edir. Bu iyirmi ildən artıq bir müddətdə ATƏT özünün gücsüzlüyünü sübut elədi. Açığı deyim ki, həmsədr ölkələr konkret olaraq daha çox Rusiya və Ermənistanın mövqeyindən çıxış edir. 2016-cı il aprel hadisələrində də Ermənistan prezidentinin adından, o cümlədən, Rusiyanın xarici işlər naziri və Rusiyanın müdafiə naziri Azərbaycana müraciət etdikdən sonra iki ölkənin baş qərargah rəisləri Moskvada görüşdülər və bu razılaşma əldə olundu. Amma, biz bir ildən çox müddətdə gözləyirdik ki, Ermənistanla müəyyən bir predmet üzrə danışıqlar aparılacaq. Amma, biz bunun şahidi olmadıq. Əksinə qarşı tərəf daha öldürücü silahlar əldə edib, hər gün Azərbaycanı hədələyir və Azərbaycana qarşı əməliyyatların keçiriləcəyini düşünür. Yenə də deyirəm, danışıqlar prosesinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Ermənistan ərazisində onlar müstəqilliyini əldə etdiyi vaxtda olan o sərhədlər bərpa olunmalıdır. Yəni, Ermənistan Silahlı Qüvvələri qeyd-şərtsiz olaraq öz ərazilərinə çəkilməlidir. Ermənistan bunu yerinə yetirməyəcəksə bu danışıqlar mənasız, status- kvonun bu vəziyyətdə qalmasına hesablanmış addımlardır ki, Azərbaycan tərəfi heç bir halda bundan sonra dözmək fikrində deyil. Bunu ölkə rəhbərliyi də, silahlı qüvvələrin komanda heyəti də dəfələrlə bəyan edib ki, nəyin bahasına olursa-olsun, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Bunun çıxış yolu beynəlxalq normaların yerinə yetirilməsidir. Ya sülh, ya müharibə. Sülh yolu ilə bu məsələ alınmır. Danışıqlar prosesi indiyə qədər prezidentlərin nə qədər görüşləri olub, xarici işlər nazirləri də nə qədər görüşüb, ATƏT-in Minsk qrupu nə qədər səfərlər ediblər. Ortalıqda hansı nəticə var? Azərbaycan haqsıqlığa məruz qalmış bir ölkədir. Azərbaycanın haqqı tanınmalıdır. Bu gün gah Kazan, gah da Madrid prinsiplərindən danışılır. Ermənistana sərf ediləndə Madrid prinsiplərindən yapışır, sərf etməyəndə Kazan prinsiplərindən. Bu gün də ölən var, dünən də olub, bundan əvvəl də olub və belə gedişlə hər iki tərəfdən itkilərin olması qaçılmazdır.