vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
22:55 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 3089 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Moody`s» Samir Şərifova etibar edir

Agentlik haqqında yayılan informasiyanı təkzib etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə dəqiqə bundan əvvəl «Moody`s» beynəlxalq reytinq agentliyi tərəfindən aşağıdakı mətndən ibarət rəsmi açıqlama dərc olunub: ««Moody`s» beynəlxalq reytinq agentliyi aydinliq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

«Moody`s» beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytingini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığının şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir».


***


14:22

Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu «Moody`s» beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Paklinin sözlərinə görə, Azərbaycan hökumətinin problemli bankla bağlı taktikanı dəyişməsi, Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına qərar verilməsi və kreditorlara borcların 20 faizinin silinməsi təklifinin təqdim olunması onlar üçün sürpriz olub.

«Moody`s» rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır. «Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq», - Paklin bildirib.

Analitik hesab edir ki, Beynəlxalq Bankın borclarının restrukturizasiyası planı hökumətin maliyyə sektorundakı problemlərin miqyasını düzgün qiymətləndirmədiyini göstərir.

«Hərçənd Azərbaycanın bank sektorunun ölçüsü elə də böyük deyil, ÜDM-in yarısından bir az çoxdur. Buna baxmayaraq bizim qiymətləndirmələrimizə görə Azərbaycan 2015-2016-cı illərdə bank sektorunun dəstəklənməsinə, əsasən Beynəlxalq Banka ÜDM-in 18 faizini yönəldib», - Paklin deyib.

Analitik qeyd edib ki, Beynəlxalq Bankın borcları da nəzərə alınanda Azərbaycanın xarici borcu ÜDM-in 40 faizinə çatacaq. Bu isə o qədər də böyük deyil və Azərbaycan onun öhdəsindən gələ bilər.