vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
15:25 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 3679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Badə?! Nəbadə ...

Hər gün yarım qədəh çaxır sinə xərçəngi riskini artırır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumdünya Xərçəng Araşdırma Fondu (UXAF WCRF) mütəxəssisləri tərəfindən hazırlanan hesabata əsasən gün ərzində yarım qədəh çaxır və ya bir qədəh pivə qadınlarda sinə xərçəngi təhlükəsini artırır.

Hesabata əsasən əgər qadın gün ərzində kiçik miqdarda belə çaxır (10 qram spirt) qəbul edərsə o zaman klimaks keçirən qadınlarda süd vəziləri xərçənginin inkişafı riski 9 faiz artmış olur.

Alimlər həmçinin qeyd ediblər ki, mütəmadi fiziki məşğuliyyət xəstəliyin yaranması ehtimalını aşağı sala bilər.

Əgər qadın mütəmadi olaraq qaçışla və ya velosiped sürməklə məşğul olursa o zaman onda xərçəngin inkişafı passiv həyat keçirən qadınla müqayisədə 10 faiz aşağı düşmüş olur.

Bununla yanaşı alimlər hormonlar və genetik fonların daxil olduğu müxtəlif amillərin də xərçəngin inkişafına təsir göstərdiyini qeyd ediblər.

ÜXAF mütəxəssisləri ümumilikdə 18 amilin az və ya çox dərəcədə sinə xərçənginə səbəb olduğunu və spirtli içki qəbulunun da bunlardan yalnız biri olduğu qənaətindədirlər.

2016-cı ildə Böyük Britaniyanın Baş Sanitar Müfəttişliyi qadınlara və kişilərə həftə ərzində 14 şərti vahiddən artıq olmayan spirtli içki (6 qədəh pivə və ya 7 qədəh çaxır) qəbul etməməyi, bəzi günlərdə isə tamamilə içkidən uzaq durmağı tövsiyə etmişdi.

Böyük Britaniya alimləri həmçinin, spirtli içkinin xərçəngin 7 növünə - ağız, boğaz, qırtlaq, qara ciyər, bağırsaq və həzm sistemi, sinə xərçənginə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Bəzi mütəxəssislərin fikrincə, spirtli içkilərin hansı səviyyədə qəbulunun təhlükəsizlik təminatı yoxdur, hətta kiçik ölçülərdə belə spirtli içki ciddi xəstəliklərə gətirib çıxara bilər.