vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TƏHSİL, DİN  
19:53 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 1440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kurrikulum ləğv oluna bilməz»

Təhsil Nazirliyi təkzib etdi

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda kurrikulumun ləğvi anlayışı kifayət qədər savadsız ifadədir». Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, tədris prosesində bu sistem həmişə olub.

«Bu gün də var və gələcəkdə də olacaq. Kurrikulumsuz təhsil olmur. Kurrikulum təhsilin məzmunudur. Kurrikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Belə bir məsələ absurd ifadədir».

E.Əmrullayev əlavə edib ki, kurrikulum eyni zamanda hər zaman təkmilləşən bir sahədir.

«Hazırda Təhsil Nazirliyi tərəfindən kurrikulum ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz. Müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da hər il, hər zaman baş verir. Bunu ciddi bir dəyişiklik kimi qələmə vermək düzgün deyil».