vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
09:42 | 26 may 2017 | Cümə Məqaləyə 2117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«10 əyalət qırmızı xətti keçib»

İranlı axund: «Ölkənin 50 faizi hicablıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın İslam Təbliğat Təşkilatının mədəniyyət işləri üzrə baş direktoru, axund Əhməd Sehətqol mayın 24-də jurnalistlərə açıqlamasında ölkə qadınlarının məcburi hicabla bağlı tətbiq edilən qadağa və məhdudiyyətləri riayət etməməsindən, cəmiyyətdə hicabın getdikcə azalmasından gileylənib.

Axund bildirib ki, İran İslam Respublikasında hicabın gündən-günə öz əhəmiyyətini itirməsi, ölkənin dini dairələrinə və ümumiyyətlə ruhanilərə bir təhlükə siqnalı sayılmalıdır: «Əgər ölkədə hicaba və onun qaydalarına nə qədər riayət olunub-olunmaması ilə bağlı ekspertlərin hazırladığı hesabat və rəqəmlərə nəzər salsaq, görərik ki, ölkənin 10 əyaləti şəriət qaydaları baxımından vacib sayılan hicabla əlaqədar qoyulan qırmızı xətti keçiblər.

Lakin həmin əyalətlərdə hicab qaydalarına riayət olunması nə qədər zəifləsə də,  peyk antenləri ilə verilişlər yayan xarici şəbəklələr və müxtəlif virtual aləm şəbəkələri iranlıların ailələrinə yol tapsa da,  xoşbəxtlikdən demək olar ki, hələ də cəmiyyətimizdə qadınların 50 faizi hicablıdır və onlar şəriətin nəzərdə tutduğu hicaba və çarşaba riayət edirlər. Hesab edirəm ki, buunla biz fəxr edə bilərik».

Axund Əhməd Sehətqol, hicabın zəiflədiyi əyalətlərin adlarını açıqlamayıb.

Qeyd edək ki, son həftələrdə hakimiyyətdə təmsil olunasn müxtəluf ruhanilər və axundlar ayrı-ayrılıqda bəyanatlar yayaraq,  ölkədə hicabın gündən-günə zəiflməsindən nigaran olduqlarını bildirərək, qadınların məcburi hicab qaydalarına məhəl qoymaması barədə ciddi xəbərdarlıq bildiriblər.