vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
13:03 | 26 may 2017 | Cümə Məqaləyə 819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rejim rəsmisindən «Təbriz» etirafı

Birincilər şəhərində yoxsulluq hökm sürür

MÖVZU İLƏ ƏLAQƏLİ

Xomeyni İmdad Komitəsinin rəisi Məhəmməd Kəlami vaxtı ilə birincilər şəhəri adlanan Təbrizdə ciddi yoxsulluğun hökm sürdüyünü bildirib. O bu barədə Təbrizdə jurnalistlər qarşısında çıxış edərkən məlumat verib.

«Təəssüflər olsun ki, ötən illərdə narkomaniya (mötadlıq), boşanma, ictimai-iqtisadi problemlər və s. kimi səbəblərdən dolayı günü-gündən artan modern bir yoxsulluğa şahid oluruq. Təbrizdə dərin və ciddi yoxsulluq hökm sürür, lakin məsullar sadəcə vitrini və şəhərin zahirini görür onun daxilindən xəbərsizdilər», - deyə komitə rəisi qeyd edib.

Hökumət rəsmisi şəhər həndəvərində yoxsul vəziyyətdə yaşayan ailələrin vəziyyətinə də toxunub. «Təbrizdə 400 mindən çox insan şəhər həndəvərində yaşayır. Onların 60 faizinə birbaşa və ya dolayısı yolla İmdad Komitəsi tərəfindən yardım edilir. Əgər Bələdiyyə İdarəsi həmin məntəqədə bizə torpaq verərsə, İmdad Komitəsi orada yaşayan əhali üçün Mədəniyyət və Təlim Kompleksi, həmçinin Tibbi Mərkəz tikməyə də hazırdır», - deyə M.Kəlami bildirib.

O sözlərini belə davam etdirib: «Yalnış ictimai-mədəni siyasətlər yoxsulluğa səbəb olub, indi isə icra orqanlarının əksəriyyəti yoxsulluğun aradan qaldırılmasında təkcə İmdad Komitəsinin məsuliyyət daşıdığını düşünür. Lakin bu belə deyil», -  M.Kəlami əlavə edib.

Komitə rəisi həmçinin əlavə edib ki, Şərqi Azərbaycanda ataları əmək qabliyyətini itirən 13 min şagirddən 10 mini kimsə tərəfindən himayə edilmir.

Qeyd edək ki, Güney Azərbaycanın bütün şəhər və kəndlərində ciddi iqtisadi tənəzzül və yoxsulluq hökm sürür. İstehsal və sənaye müəssisələri iqtisadi durğunluqdan dolayı ardı-arda bağlanır, bu isə bölgədə işsizlər ordusunun sıralarının genişlənməsi ilə nəticələnir. Bu vəziyyət vaxtaşırı yerli məsullar, xüsusi ilə də millət vəkillərinin etirazına səbəb olur, lakin hökumətin məsələyə laqeyd münasibəti problemin həl olunmasına imkan vermir və vəziyyət getdikcə pisləşir.