vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
15:05 | 26 may 2017 | Cümə Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Doqquz Pillə»də saxtakarlıq

Urmiyanın tarixi binasında restoran açıldı, binanın adı təhrif edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Urmiyanın tarixi binasında ənənəvi restoran açılıb. Restoranın açılış mərasimində onun özəl sektora buraxıldığı məlum olub. Açılış mərasimində Şərqi Azərbaycan Turizm, Əl işləri və Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari çıxış edib.

«Tarixi məkanların özəl sektora ötürülməsi həm onun qorunub saxlanılması, həm də yeni iş yerlərinin yaradılması baxımından önəmlidir. Ona görə də qanuna uyğun olaraq Qərbi Azərbaycanda olan bir sıra tarixi məkanları özəl sektora buraxmağa hazırıq. Burada əsas məsələ odur ki, tarixi binalara ziyan dəymələlidir və orada görüləcək iş binanın tarixi-mədəni kimliyinə uyğun olmalıdır», - deyə o vurğulayıb.

C.Cəbbari çıxışının sonunda əlavə edib ki, «bu bina Urmiyanın önəmli tarixi binalarından biridir, ona görə də restoran sahibinə bildirilib ki, binaya ziyan vurmamaq üçün orada yemək hazırlamaq olmaz, bu iş yalnız binanın çölündə görülə bilər».

Tarixi bina diqqətdən kənarda qalıb dağılmaqdansa, onu özəl sektora təhvil vermək daha məqsədə uyğundur. Lakin tarixi məkanın heç bir şəkildə adı təhrif edilməməlidir. Halbuki, restorana «Doqquz Pillə» deyil, «Yəxçal» restoranı adı verilib. Bu isə tarixi binanın adının açıq-aşkar təhrif edildiyini göstərir.