vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
20:49 | 26 may 2017 | Cümə Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 təbrik məktubu arasındakı fərq…

Hər şey gün kimi aydındır...

MÖVZU İLƏ ƏLAQƏLİ

28 may Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir. Bunlardan 3-ü nəzərdən keçirtdim və fərqi açıq müşahidə etdim.

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarına təbrik məktubunda yazıb ki, Azərbaycan iqtisadiyyatda və sosial sahələrdə uğurlar qazanıb. Putinin ən yadda qalan cümləsi budur: «Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində mühüm rol oynayır».

Gələk ABŞ prezidenti Donald Trampın İlham Əliyevə göndərdiyi məktuba. Aydındır ki, Trampın Putin qədər Cənubi Qafqaz və Azərbaycan haqqında detallı bilgisi yoxdur. Buna baxmayaraq, Trampın müşavirlənin hazırladığı məktubda da önəmli məqamlar var. Birincisi, məktubda deyilir ki, Amerika ilə Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırlar. İkincisi, «biz Azərbaycan xalqının yanındayıq» deyilən məktubda Azərbaycan Avropanın yeni enerji mənbəyi adlandırılır. Üçüncüsü, Trampın məktubunda Amerikanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyi bildirilib. Belə baxanda Trampın məktubunda Azərbaycanla əməkdaşlığın konkret istiqamətləri vurğulanıb. Putinin məktubunda bu detallar yoxdur, ümumi sözlər var. Putinin məktubunda nə Azərbaycanın ərazi bütövlüyü, nə də Dağlıq Qarabağ münaqişəsi haqqında söz açılır.

Ukrayna prezidenti Petro Poroşenko isə Qarabağ məsələsində fikrini konkret ifadə edib: «Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək». Nə Putinin, nə də Trampın məktubunda Azərbaycanın ərazi bütövlüyü barədə bu qədər açıq ifadə yoxdur.