vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNEY  
23:19 | 26 may 2017 | Cümə Məqaləyə 1367 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başqaları üçün pis nümunə olur»

Şərifə Cəfəri: «Bizim keçmişimizdə xanımların hər biri bir dastan yazıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «İbtidai haqlarımızdan belə məhrumuq»

«Məqsəd Azərbaycanı ya milli hərəkatı məhkum etmək deyil, amma xanımlar hərəkata ya qatılmırlar, ya qatılanda bəzi zərbələr görürlər və bu pis nümunə olur. Digər qadınlar geri otururlar», deyə Şərifə Cəfəri söyləyir. Milli fəal Amerikanın Səsinə müsahibədə milli hərəkata qarşı irəli sürülən bəzi iddiaların əsassız olduğunu vurğulamaqla bərabər hərəkatda çözülməsi gərəkən bəzi problemlərə də diqqət çəkir.

Son vaxtlar internet səhifələrində milli fəallar ilə Azərbaycan Milli Hərəkatına müxalif bəzi iranlı qruplar arasında mübahisələrin artdığı görünür.

Farsdilli internet portallarında gedən bu mübahisələrin birinə daxil olan Şərifə Cəfəri milli hərəkata qarşı irəli sürülən iddiaların əsassız olduğunu deyir.

«Bizim hərəkatda çalışanların qeyri-siyasi və savadsız olduğunu, hərəkatın erkək-dominant olduğunu iddia edirlər», deyə o söyləyir.

Hazırda Almaniyada mühacirətdə yaşayan Şərifə Cəfəri daha əvvəl İran Azərbaycanının Zəncan şəhərində türkcə kitablar nəşr edən Pınar Nəşriyyatının müdiri olub. O, göstərdiyi fəaliyyətlər üzündən basqılara məruz qalması səbəbilə 2012-ci ildə ölkəni tərk edib.

Cəfəri hərəkatı tənqid edənlərin «pantürkist» ittihamına dair düşüncələrini açıqlayır.

O, deyir, «biz yaşadığımız coğrafiyada, Güney Azərbaycanda, hələ ibtidai haqlarımızdan məhrumuq. Amma onlar yekə yerdən yapışdırırlar ki, insanların fikrini qarışdıralar ki, haqlarını istəyə bilməyələr. Buna görə də türk kimliyi və varlığı üçün bir hərəkət edən hər kəsə pantürkist adı qoyurlar. Bu adı həm dövlət qoyur, həm dövlətə müxalif qruplar, həm də adi insanlar».

Milli hərəkatın erkək-dominant olduğuna dair tənqidlərə diqqət çəkən milli fəal əlavə edir: «Bizim feminist fəallarımız da vardır. Milli hərəkatda fəaldırlar. Millətçidirlər. Mən özüm feminizmi heç rədd etmirəm. Feminist hərəkata dəyər veririk. Amma mənim meyarlarım fərqlidir. Bizim keçmişimizdə xanımların hər biri bir dastan yazıbdır... Mənim öz düşüncəm budur ki, keçmişimizə bağlanaraq, bugünkü durumu da nəzərə alaraq qadınlar və kişilər bərabər fəaliyyət etməlidirlər».

O, eyni zamanda bu kontekstdə hərəkatda bəzi problemlərin mövcud olduğunu təsdiq edir.

«Bu gün əgər Azərbaycanda bir hərəkat vardır və biz insan haqları istəyirik, bunu da bilirik ki bu toplumun yarısı xanımdır. Biz indi görürük ki, xanımlar az qatılırlar. Bunun nədənləri çoxdur. Başqa toplumlar da elədir. Yəni burada [məqsəd] Azərbaycanı ya milli hərəkatı məhkum etmək deyil. Amma xanımlar qatılmırlar ya qatılanda da bəzi zərbələr görürlər. Bu başqaları üçün pis nümunə olur və onların geridə oturmasına səbəb olur. Buna görə bu məsələ çox önəmlidir. Bu hərəkata qatılan xanım əzilsə, xəyal qırıqlığına uğrasa başqa xanımlar da gəlməyəcək», deyə o söyləyir.