vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
18:11 | 27 may 2017 | Şənbə Məqaləyə 2236 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əfsanə vəfat etdi

Zbiqnev Bjezinski 89 yaşında dünyasını dəyişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

Tanınmış politoloqun vəfatı varədə onun qızı Mika Bjezinskaya öz Instagram səhifəsində yazıb.

«New York Times» nəşrinin məlumatına görə, Bjezinski mayın 26-da Virciniya xəstəxanalarından birində vəfat edib.

Zbiqnev Bjezinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Son illər ABŞ  Strateji və Beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS —Centre of Strategic and International Studies) müşaviri, idarə heyətinin üzvü və məşvərət Şurasının həmsədri olub.