vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
19:48 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2364 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NASA Günəşə «toxunacaq»

Bu dünya tarixində ən yaxın uçuş olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«NASA, Günəşin xarici səthinə bir kosmik raket göndərəcək. Göndəriləcək raketin Günəşə çox yaxın olacağı və 1400 dərəcə istiliyə məruz qalacağı açıqlanıb»

2018-ci ilin yay aylarında reallaşacaq "Solar Probe Plus" uçuşu, kosmik tarix ərzində Günəşə ən yaxın iş olacaq.

NASA-nın göndərəcəyi raket, Günəşin mexanizması haqqında məlumat yığacaq və kosmosdakı hava hadisələrini daha yaxşı təxmin etməmizi təmin edəcək. «Solar Probe Plus» adlı kosmik raket, Günəşin atmosferi olaraq da bilinən tac kürəni araşdıracaq və necə istiləndiyinə dair məlumatlar yığacaq.

Bu günə qədər Günəşə edilən ən yaxın uçuşun 7 qat daha yaxınını edəcək raket, böyük bir radiasiya bombardmanına tutulması gözlənilir. NASA Günəşdən gələn fırtınalardan ulduzların işləməsinə, astronavt və peyklərin Günəş əsaslı kosmik hadisələrindən təsirlənmələrinin səbəblərinə qədər böyük bir problemlər üçün məlumat toplama məqsədi güdür.

NASA-dan edilən açılqmada deyilir ki, Günəşin səthindən 6.4 milyon uzaqlıqdakı orbitə oturacaq «Solar Probe Plus», tarixdə heç bir kosmik raketin görmədiyi istilik və radiasiyaya məruz qalaraq günəşin xarici atmosferini araşdıracaq, ulduzlarla əlaqədar onlarla ildir maraqlanılan suallara cavablar tapacaq. Kosmik raketin Günəş ətrafında 1400 dərəcə istiliyə məruz qalacağı ifadə edilir.