vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AKTUAL  
12:51 | 5 iyun 2017 | Bazar ertəsi Məqaləyə 813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars rejimi xain siyasətə əl atır

Urmiya adının təhrif edilməsi əmri verildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda İran rejiminin anti-türk siyasəti bəzi yerli məsulların əli ilə həyata keçirilir. Bu dəfə Urmiya şəhərinin adının təhrif edilməsi əmri Qərbi Azərbaycan valisi Qurbanəli Səadət tərəfindən verilib.

Vali fars şovinizminin qulluğunda duran Urmiyə universitetinin rəisi Rəhim Hobb Nağı ilə məşvərətdən sonra «Urmiya» sözünün «Urumiya» kimi yazılması barədə göstəriş verib və bütün orqanlardan qərarın icra edilməsini tələb edib.

Vali həmçinin tabeliyində olan rəsmi orqanlar və kütləvi informasiya vasitələrindən latın əlifbasından istifadə edərkən Azərbaycanın tarixi şəhərinin adını «Urmia» deyil, «Urumia» kimi yazılmasını tələb edib.

Qeyd edək ki, İran rejimi tərəfindən Azərbaycan vilayətlərində müxtəlif postlara təyin edilən məsulların əksəriyyəti fars şovinizmi və rejimin planlarının gərçəkləşdirilməsi istiqamətində hərəkət edir. Coğrafi adların təhrif edilməsinə gəlincə isə, bu heç də yeni hadisə deyil. Pəhləvi rejimi zamanı bir çox şəhər və coğrafi adlar türkcədən fars dilinə dəyişdirilib. Misal olaraq Tufarqan, Sərəskənd, Xiyav, Muğan, Məlikkəndi, «Qara eyni» və Qoşaçayın adı dəyişdirilərək sıralama ilə Azərşəhr, Həştrud, Meşkinşəhr, Parsabad, Məlikan, «Siyəh çeşmə» və Miyandoab kimi adlandırılıb.

Coğrafi adların dəyişdirilməsi prosesi Pəhləvi dövründə olduğu kimi islam cümhuriyyəti dövründə də davam etdirilir.