vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
10:02 | 14 iyun 2017 | Çərşənbə Məqaləyə 2358 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir FETÖ-çu tutuldu

Həbs olunan şəxs «Fətullahçı terror örgütü»nün Azərbaycan üzrə məsul şəxsidir

MÖVZU İLƏ ƏLAQƏLİ

FETÖ-nün («Fətullahçı terror örgütü») Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxsin adı, soyadı açıqlanmır, M.M. olaraq göstərilir.

Malatya Valiliyinin fövqəladə vəziyyət üzrə bürosundan verilən açıqlamada deyilir ki, həmin şəxs İstanbulda yaxalanaraq Malatyaya aparılıb. Şübhəli polisdə dindirildikdən sonra növbətçi məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Malatya həbsxanasına yerləşdirilib. Açıqlamada Malatyada FETÖ-çuların həbsinin davam etdiyi bildirilir. Saxlanılanlar arasında keçmiş müəllimlər və tələbələr də var. Onların barəsində dəlil kimi fətullahçıların bir-biri ilə gizli xəbərləşmək üçün yaratdıqları ByLook messengerindən istifadə etmələri göstərilir.

Xatırladaq ki, bu günlərdə Azərbaycanda FETÖ-çu olmaqda ittiham edilən 3 Türkiyə vətəndaşının yaxlanaraq bu ölkəyə ekstradisiya olunduğu məlum olmuşdu.