vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
21:58 | 15 iyun 2017 | Cümə axşamı Məqaləyə 2756 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həmin küçələri nə adla daxil ediblər?»

«Bakıda hərəkət etmək çox çətindir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni massivlər salınır, küçə və prospektlərin sayı artır deyə paytaxt böyüyür. Sayı artan həm də taksilərdir. Təbii ki, naviqasiya sistemi olmayan taksilər üçün gündən-günə dəyişən Bakıda hərəkət etmək çox çətindir. Amma taksi sürücülərinin naviqasiya sisteminə münasibəti də birmənalı deyil:

ARB TV-nin «Günə doğru» proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Sürücü: «Yolların adı dəyişiləndə çətinliklər yaradır. Bəzi hallarda isə tez çatdırır ünvana».

Sürücü: «Bir ara istifadə edirdik. Bu yollar ki, tez-tez dəyişilir, gördüm ki, naviqator aldadır».

Bəzi naviqasiya sistemlərində problemlərin olduğunu deyən sürücülərlə avtoekspert Elməddin Muradlı da razılaşır:

Elməddin Muradlı - Avto-ekspert: «Köhnə ünvanlarla tanınan naviqasiya sistemləri var ki, onlar öz işlərini təkminləşdirmirlər. Məsələn «sovetski» deyilən ərazi yeniləndi, bəzi küçələr tamamı ilə ləğv olundu. Həmin küçələri nə adla daxil ediblər o maraqlıdır».

Taksi şirkətlərindən birinin idarəçisi Azər Mazanova görə problem ondan qaynaqlanır ki, dəyişilən və yeni ünvanlar naviqasiya sistemlərinə ya daxil edilmir, ya da bu proses zamanı yubanmalar baş verir.

İdarəçi həmçinin bildirir ki, qurum olaraq onlar sürücülərə avtomobildə naviqasiya sisteminin olmasını şərt qoyublar. Amma bu o demək deyil ki, onların bütün taksilərində sözügedən sistem var:

Azər Mazanov - Taksi şirkətinin idarəçisi: «Əvvəldən işləyən sürücülərdə yoxdu. Çünki biz bunu tələb formasında qoymamışdıq. Yeni götürdüyümüz sürücülərin əksəriyyətində var».

Naviqasiya şirkətinin direktoru Rizvan Cəfərov isə bildirir ki, onlara naviqasiya üçün müraciət edən taksi şirkətlərinin sayı ilbəil artır:

Rizvan Cəfərov - Naviqasiya şirkətinin direktoru: «Taksi şirkətinin rəhbəri özü gəlib bizlə müqavilə bağlayır. Müqavilə şərti olaraq biz onlara naviqator sistemi yazıb, izah edirik».

Yol dəyişiklikləri zamanı naviqatorlarda yaranan problemlə bağlı Rizvan Cəfərov bildirdi ki, bunun olmaması üçün xüsusi işçi qrupu ayırıblar. Onlar bütün günü yollardakı vəziyyət, küçə və prospektlərdəki dəyişikliklərlə maraqlanırlar.

Xaricdən gətirilən avtomobillərin naviqasiya sistemində problemlər yaşanır. Bu, əsasən Asiya ölkələrindən gətirilən avtomobillərə aiddir:

Rizvan Cəfərov - Naviqasiya şirkətinin direktoru: «Onların naviqasiya sistemində bloklaşma var və o bloklaşmanı dərhal aça bilmirik».

Milli naviqasiya sistemlərinin fəaliyyəti qənaətbəxş sayılır. Amma mütəxəssislər bu sahədə bir az da inkişafa ehtiyac olduğunu deyir:

Elməddin Muradlı - Avto-ekspert: «Təəssüfləndirici hal odur ki, bəzən xaricdən hansısa bir dəstək olmasa bu sistemi qurmaq çətin olur. Bu da bizim texnoloqiya sahəsində müəyyən çətinliklərimizdən irəli gəlir».

Qeyd edək ki, Azərbaycan ölkə olaraq naviqasiya cihazları istehsal etmir. Cihazlar ölkəyə xaricdən gətirilir və onlara yerli proqramlar yazılır. Bu sistemdən yararlanmaq istəyənlər təbii ki, İOS və ANDROİD tipli smartfonlarından yararlana bilərlər. Bu sahənin daha da inkişaf etdirilməsi vacibdir. Naviqasiya sisteminin normal fəaliyyəti sürücülərin, piyadaların, xüsusən ölkəyə gələn turistlərin də işini rahatlaşdırır. Bu sistem vasitəsilə nəinki ünvana çatmaq, tıxaclardan yayınmaq, hətta yollarda dəyişilən nişanlardan belə xəbər tutmaq olar.