vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KARYERA  
10:35 | 16 iyun 2017 | Cümə Məqaləyə 3136 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İkidilli uşaqların beyni daha yaxşı işləyir

Qavrama prosesi insan yaşa dolduqca inkişaf edir

MÖVZU İLƏ ƏLAQƏLİ

16.06.17 - Qavrama prosesi insan yaşa dolduqca inkişaf edir...


«Metro» qəzeti yazır ki, yeni elmi araşdırma uşaqların iki dildə danışmasının, yəni diqlot və ya bilinqual olmasının daha bir faydasını aşkar edib.

Məlum olub ki, ikidilli uşaqlar, yalnız bir dildə danışan yaşıdlarından daha qavrayışlı olurlar.

Məsələn, onlar başqalarını daha yaxşı eşidir, kimin hansı ləhcədə danışmasını daha dəqiq müəyyən edirlər.

Nyu York Universitetinin Steynhardt Mədəniyyət, Təhsil və İnsan İnkişafı Məktəbinin alimi, professor Suzanna Levi (Susannah Levi) deyir ki, ikidilli uşaqlar hətta dilin özünə aid olmayan informasiyanı da daha yaxşı qavraya bilirlər.

Məsələn onlar danışanın kim olduğunu daha tez müəyyən edə bilirlər ki, bu da kommunikasiyada çox mühüm amil sayılır.

Bu elmi təcrübəni apararkən 50-dək uşağı iki qrupa bölüblər. Birinci qrupa yalnız ingiliscə danışan, ikinci qrupa isə ingilis dilindən başqa gündəlik əsasda iki dildə danışan uşaqlar daxil edilib.

Bundan sonra onlara tanımaqdıqları dildə müxtəlif sözlərin səs yazısı dinlətdirilib.

İkinci qrupa daxil uşaqlar səslənən sözlərin mənasını başa düşməslər də, danışanın kim olduğunu birdilli uşaqlardan daha tez və daha dəqiq müəyyən ediblər. Sözləri oxuyan üç aktyoru uşaqlar əvvəlcədən tanıyırdılar.

Uşaqların göstərdiyi nəticələr onların yaşları artdıqca yaxşılaşıb, bu isə o deməkdir ki, qavrama prosesi insan yaşa dolduqca inkişaf edir.

Alimlərin gəldiyi əsas praktik nəticə isə budur ki, ikidilli olmaq, birdilli olmaqdan daha faydalıdır.

Belə bir söz var ki, «iki baş bir başdan yaxşıdır». İndi isə bəlli olub ki, elə iki dil də, bir dildən daha yaxşıdır.