vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:12 | 17 iyun 2017 | Şənbə Məqaləyə 2996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Malları dəyər-dəyməzinə satdım»

Nazir qardaşının pulunu kim mənimsəyib?

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Samir Nəbiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keşirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Məhkəmə prosesi iyunun 21-nə təyin edilib.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən S.Nəbiyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan işlətdiyi «Brend Elektrik» elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Ə.Camalov onunla razılaşıb və S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

İstintaq zamanı S.Nəbiyev ifadəsində özünü qismən təqsirli bilib. O deyib ki, 2013-cü ildən sözügedən mağazanı işlədib. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından mağazaya gəlib-gedən müştəri kimi tanıyıb. «Əlikram Camalov mağazamızın müştərisi idi. Məndən elektrik avadanlıqları alırdı. Bir gün Əlikram Camalovun ofisinə gedərək onunla görüşdüm. Mağazanı genişləndirmək üçün pula ehiyacımın olduğunu dedim. Bildirdim ki, 18 min manat lazımdır, əgər bu məbləği versə, hər ay qazandığım puldan 2 min manat ona verəcəyəm. Razılaşdı və öz ofisində mənə 18 min manat verdi. İşə başlayandan sonra ilk ayda qazanc olaraq ona 1500 manat verdim».

S.Nəbiyev ifadəsində deyib ki, həmin il manatın devalivasiyaya uğramasından sonra maddi vəziyyəti ağırlaşıb: «İşlə bağlı çətinliklər, problem yarandı, alver zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim. Bir gün o mənə təklif etdi ki, manat günü-gündən zəifləyir və verdiyi pulu dollarla hesablayaq, razılaşdım. Hesabladıq ki, 11 min 613 dollar edir və bundan sonra ona hər ay qazanc olaraq 1250 dollar vercəkdim. Sonra formal müqavilə tərtib etdik».

Təqsirləndirilən şəxs ifadəsində ötən ilin fevral ayında iflasa uğradığını deyib: «Məcbur olub, mağazada qalan malları hissə-hissə sataraq borclu olduğum şəxslərin borcunu bağladım. Əlikram Camalovun pulunu qaytarmağa çalışdım. Təklif etdim ki, borcunu elektrik avadanlıqları ilə qaytarım. Razılaşmadı. Malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini də dəyər-dəyməzinə satdım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim. Ona qarşı dələduzluq etmək niyyətim olmayıb».

Zərərçəkmiş Əlikram Camalov istintaqa verdiyi ifadəsində şərikinin ona qarşı dələduzluq etdiyini göstərib: «Bir gün ofisə gələrək, biznesini inkişaf etdirmək istədiyini, heç bir şərikinin olmadığını, banklara borcunun olmadığını dedi. Yaxşı müştərilərinin olduğunu, yeni mallar almaq üçün pul lazım olduğunu bildirdi. Qazanca da şərik olacağımızı qeyd etdi. 18 min lazım idi. Bu pulla hər ay 4 min manat qazanacağını, 2 min manatını da mənə verəcəyini dedi. Birinci ay dedi ki, işlər yaxşı deyil və 3 min manat qazanıb. Buna görə də, mənə 1500 manat verdi. Sonrakı ay da işlərin yaxşı getmədiyini bəhanə edərək 1250 manat verdi».

Zərərçəkmiş ifadəsində şərikinin sonradan ondan gizləndiyini, zənglərinə cavab vermədiyini deyib: «Mağazasına gedəndə 40-50 min manatlıq mal gördüm. Söz verdi ki, malları satıb pulumu qaytarcaq. Ancaq sonradan zənglərə cavab vermədi. Oğlumla mağazasına gedəndə gördük ki, artıq mağaza bağlanıb və mallar satılıb. Başa düşdüm ki, o məni aldadıb. Mənim pulumla aldığı malları sataraq qazanc əldə edib, digər borclarını bağlayıb».

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı, «Hacı Camalxan» Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.